Rusiya EA-nın Fəxri akademiki, Rusiyanın Əməkdar Elm xadimi Sergey Baburin: “Mən çox şadam ki, dostum, professor İlham Rəhimov nəinki Azərbaycanın, dünya hüquqşünaslarının fəxridir, hamı onunla qürur duyur...”.
...Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimovun rəhbərlik etdiyi Qara Dəniz və Xəzər Dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə 21 dekabr 2024-cü il tarixdə Bakıda “Cinayət siyasətinin fəlsəfi-hüquqi məsələləri” mövzusunda beynəlxalq konfrans keçirildi.
Qeyd edim ki, Beynəlxalq konfransda Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, Milli Məclisin deputatları, respublikanın tanınmış hüquqşünasları, eləcə də Türkiyə, Rusiya, Çin, İtaliya, Qazaxıstan, Yunanıstan, Albaniya, Belarus, Serbiya, Rumıniya, Bolqarıstandan və s. ölkələrdən nüfuzlu hüquqşünas alimlər iştirak edirlər.
Beləliklə, Professor İlham Rəhimov qonaqları və iştirakçıları salamladıqdan sonra “Cinayət siyasətinin fəlsəfi-hüquqi məsələləri” mövzusunda məruzələr dinləniləcəyi elan olundu. Sonra Rusiyanın Saratov Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Problemlərinin Araşdırılması Mərkəzinin direktoru, hüquq elmləri doktoru, professor Lopaşenko Natalya Aleksandrovnanın “Cinayət siyasəti: dərk olunmamış və dərkolunmaz hadisələr haqqında düşüncələr” mövzusunda məruzəsi dinlənildi.
Bu məruzə cinayətkarlığın xarakterinə birbaşa təsir edən və dərk olunmamış, eləcə də dərkolunmaz hadisələrin məzmununa dair maraqlı sirləri açırdı deyə, qonaqların alqışları ilə qarşılandı. Sonra çoxsaylı suallarla müzakirələrə start verildi.
Ardınca hüquq elmləri doktoru, professor Xanlar Ələkbərovun “Müasir cinayət siyasətinin təşkilati-hüquqi və fəlsəfi problemləri” mövzusunda məruzəsi dinlənildi. Bu məruzə ətrafında da geniş müzakirələr aparıldı. Sualların isə sayı-hesabı yox idi...
***
...Konfransın ikinci mərhələsi qeyd olunan məruzələr ətrafında olan çoxsaylı qızğın müzakirələr fonunda olduqca diqqəti çəkən idi. Həm Azərbaycanın, həm də xarici ölkə hüquqşünaslarının məruzələri ətrafında verilən suallardan növbəti suallar doğurdu. İş o yerə çatdı ki, sual vermək istəyənlərin say çoxluğunu nəzərə alaraq Konfrasa sədrlik edən Professor İlham Rəhimov mümkün qədər cavabların yığcamlığını diqqətə çatdırmalı oldu.
Azərbaycanın adına hesablanmış beynəlxalq konfrans...
QRusiya EA-nın Fəxri akademiki, Rusiyanın Əməkdar Elm xadimi Sergey Baburin: “Mən çox şadam ki, dostum, professor İlham Rəhimov nəinki Azərbaycanın, dünya hüquqşünaslarının fəxridir, hamı onunla qürur duyur...”.onaqlarla da təmaslarımızda bir daha yəqin edirdik ki, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimovun rəhbərlik etdiyi Qara Dəniz və Xəzər Dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının fəaliyyəti təkcə yerli və xarici ölkə hüquqşünaslarının mütəşəkkil birliyini formalaşdırmaqla yekunlaşmır, Assosiasiya həm də Azərbaycanın beynəlxalq hüquq müstəvisində təmsilçiliyinə bir meydandır. Təsadüfi deyildir ki, Türkiyə Anadolu Birliyi Partiyasının başqanı Bedri Yalçın “Dünyada hüquq hara gedir?” mövzulu çıxışında Azərbaycanın Qarabağ problemini necə həll etməsini dünyaya çağırış kimi təqdim etdi, Prezident İlham Əliyevin bu problemin həllindəki rəşadətindən, Azərbaycan ordusunun dünyaya səs salan hərbi əməliyyatllarından misal çəkdi. Və çıxışının sonunu “Qarabağ Azərbaycandır!” çağırışını səsləndirəndə konfrans iştirakçılarının sürəkli alqışları ilə qarşılandı. Bütün bunlar Azərbaycanın adına hesablanmış konfransın fəlsəfi mahiyyəti idi!
Professor İlham Rəhimovun hüquqi- siyasi ustalığı...
...Açıq deyim, dünyanın çoxsaylı ölkələrinin rəsmi və ya müstəqil alimlərini, hüquqşünaslarını belə bir konfransa dəvət etməklə, Azərbaycanın uğurlarını onlara təsbit etmək, ardınca onların hər birinin alqış sədaları ilə “Qarabağ Azərbaycandır!” nidasına meydan vermək özü bir incə siyasətin tərkib hissəsi idi. Və statusumdan istifadə edərək Rusiyadan, Qazaxıstan və Türkiyədən, eləcə də Polşadan olan qonaqlarla təmaslarda qürurverici rəyləri eşidəndə coğrafi sərhədləri elə də geniş olmayan Azərbaycanın siyasi imic böyüklüyünə heyranlığı görürdüm... Həm də ölkə rəhbərliyinin xarici siyasətinin dərin qatlarında yatan incəliklərin, eləcə də professor İlham Rəhimovun bu konfransın verdiyi meydanda bütün qonaqlara ölkəmizin bölgədəki rolunun böyük əzəmətinin təqdimatını!
Elə Rusiya EA-nın Fəxri akademiki, Rusiyanın Əməkdar Elm xadimi Sergey Baburinlə eksklüziv söhbətimizdə görün nələri eşitdim: “...Artıq neçənci dəfədir ki, Bakıda oluram, bu konfransın işində iştirak edirəm... Mən çox şadam ki, dostum, professor İlham Rəhimov nəinki Azərbaycanın, eləcə dünya hüquqşünaslarının fəxridir, hamı onunla qürur duyur... İlham Rəhimovun rəhbərlik etdiyi Qara Dəniz və Xəzər Dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının fəaliyyəti, əslində, nizamnaməmizdə nəzərdə tutulan fəaliyyətdən çox-çox geniş sərhədlərə malik olması ilə diqqəti çəkir. Burda məqsəd həm də dünyanın hegemon liderlərlə deyil, qanunlarla idarə edilməsinə xidmət etməkdir, bu missiyanın banisi isə məhz mənim dostum İlham Rəhimovdur...”.
Konfransın işində dünyanın hüquqi mənzərəsi...
Professor İlham Rəhimovun rəhbərlik etdiyi Qara Dəniz və Xəzər Dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının növbəti Bakı Konfransı daha bir hüquqi mənzərəni ortaya qoydu.
Məruzələr ətrafında gedən geniş müzakirələrdə dünyanın bir çox ölkələrinin tanınmış hüquqşünaslarının fəal iştirakı və verilən təkliflər bir daha göstərirdi ki, Assosiasiya artıq özünün əsas məqsədinə çatmışdır: hamı məhz hüquqi dildə danışır, şərtləri hüquqi müstəvidə qəbul edir və qəbul olunan qərarlarda heç bir mübahisəli məqam qalmır! Elə bunu çoxsaylı çıxışçıların tezislərindən də görmək çətin deyildi. Məsələn, Bolqarıstandan olan, “Slavyanlar” Fondunun sədri Zaxari Zaxarievin “Cinayət siyasətinin ictimai hakimiyyətin əxlaqi neytrallığını aradan qaldırmasındakı rolu” mövzusunda çıxışı olduqca maraqlı sual-cavablarla davamlı oldu. Qazaxıstanın Əməkdar elm xadimi, hüquq elmləri doktoru, professor, Qazaxıstan Respublikası Təhsil Nazirinin müşaviri Esbergen Orazoviç Alauxanovun “Cinayət və cəzanın aktual problemləri” mövzusunda, Azərbaycan hüquq elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Cinayət hüququ kafedrasının müdiri Şəhla Səmədovanın “XXI əsrin çağırışları: Süni intellekt və cinayət hüququ”, Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun baş elmi işçisi, Hüquq elmləri doktoru, professor, Rusiya Federasiyasının Əməkdar elm xadimi, Qırğızıstanın Milli Elmlər Akademiyasının fəxri akademiki, Abxaziya Elmlər Akademiyasının xarici üzvü Baburin Sergey Nikolayeviçin “Cinayət siyasətinin ictimai hakimiyyətin mənəvi neytrallaşdırılması prosesindəki rolu”, Albaniyadan Professor Redion Lulinin “Müasir cinayət hüququnun fəlsəfi problemləri”, Rusiya Federasiyasının Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor, Moskva Şəhər Pedaqoji Universitetinin Hüquq fakültəsinin professoru, Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva Akademiyasının Cinayət hüququ və kriminologiya kafedrasının professoru Minyazeva Tatyana Fyodorovnanın isə “Müasir cinayət qanunvericiliyində cinayət hüququ nəzəriyyəsinin interpretasiyası (Rusiya Federasiyasının Cinayət Məcəlləsi timsalında)”, Serbiyadan Belqrad şəhəri, Serbiya İqtisadiyyat Palatası yanında Arbitraj sədrinin müavini, Niş Universitetinin Hüquq fakültəsinin müəllimi, professor Aleksandr Çiriçin “Cinayət siyasətinin hüquqi məsələləri nulla poena sine lege prinsipinin işığında” mövzulu çıxışı diqqətlə və alqışlarla qarşılandı...
***
Onu da xatırladım ki, proqrama uyğun olaraq digər ölkələrdən ölan tanınmış professorların çıxışı belə sıralanmışdı: Korobeyev Aleksandr İvanoviç - Hüquq elmləri doktoru, professor, Rusiya Federasiyasının Əməkdar elm xadimi (Vladivostok).
Məruzə mövzusu: “Cinayət-hüquq siyasəti sahəsində qanunvericilik: optimal modelin axtarışı”, Askenderov Zaur Asevoviç - Dağıstan Respublikasının Milli Məclisinin sədri, Rusiya siyasətçisi və ictimai xadimi. Məruzə mövzusu: “İctimai fikrin cinayət-hüquq siyasətinin formalaşmasındakı rolu”, Bedri Yalçın - Anadolu Birliyi Partiyasının başqanı. Məruzə mövzusu: “Dünyada hüquq hara gedir”, Yannis Raxiotis (Yunanıstan) - Məruzə mövzusu: “Müharibəyə hazırlıq dövründə cinayət hüququ”, Aleksey İvanoviç Aleksandrov - Hüquq elmləri doktoru, professor. Məruzə mövzusu: “Cinayətkarlıq, ölümcül təhlükə kimi. Cinayət siyasəti, xilaskar kimi”, Çuçayev Aleksandr İvanoviç - professor, Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun bölmə müdiri. Məruzə mövzusu: “Komparativistika - müxtəlif ölkələrin alimlərini birləşdirən başlanğıc”, Çayka Konstantin Leontyeviç - Hüquq elmləri doktoru, Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun baş elmi işçisi.
Məruzə mövzusu: “EAEU hüququnun Rusiya Federasiyasının nəzarət orqanları tərəfindən tətbiqi”, Maskeviç İqor Mixayloviç - Rusiya Prokurorluğu Universitetinin rektoru, Hüquq elmləri doktoru, professor, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri, Rusiya Federasiyasının Əməkdar elm xadimi, Rusiya Federasiyası Prokurorluöunun Fəxri əməkdaşı.
Məruzə mövzusu: “Böyük Vətən müharibəsi illərində sovet xalqına qarşı soyqırımı: tarixi-hüquqi suallar”, Vasileviç Qriqoriy Alekseyeviç - Belarus Dövlət Universitetinin Konstitusiya Hüququ kafedrasının müdiri, Belarus Milli Elmlər Akademiyasının müxbir üzvü, Belarus Respublikasının Konstitusiya Məhkəməsinin sədri (1997-2008) və Baş Prokuroru (2008-2011).
Məruzə mövzusu: “Cinayət məsuliyyətinin optimallaşdırılması məsələləri”, Jozefina Blajsani-Batto - Rumıniyanın Kluj-Napoka şəhərindəki Babes-Bolyai Universitetinin Avropa Araşdırmaları fakültəsi və Əlilliyi dəstəkləyən Beynəlxalq Proqramlar Assosiasiyasının direktoru. Məruzə mövzusu: “İcra etmə etikası: Mədəni diplomatiya və beynəlxalq cinayət normaqlarının formalaşmasında fəlsəfi problemlər”, Aryamov Andrey Anatolyeviç - Hüquq elmləri doktoru, professor, Rusiya Hüquq Mühakiməsi Universitetinin elmi işlər üzrə prorektoru. Məruzə mövzusu: “Günahın fəlsəfəsi” və nəhayət, Yelena Beley - Hüquq elmləri doktoru, professor, Moldova Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı. Məruzə mövzusu: “Cinayət olmayan, amma cəzalandırılan: prosedurlar arasındakı incə sərhəd”!
Professor İlham Rəhimov yekdilliklə yenidən Assosiasiyanın prezidenti seçildi...
Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimovun Prezidenti olduğu Qara Dəniz və Xəzər Dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə “Cinayət siyasətinin fəlsəfi-hüquqi məsələləri” mövzusunda beynəlxalq Bakı Konfransı elə həmin gün öz işinə yekun vurdu. Professor İlham Rəhimovun söylədiyi kimi, konfransın bu dəfə də məhz Bakıda keçirilməsinin təşəbbüskarı Assosiasiyanın İdarə Heyətinin yekdil qərarı olub. Sən demə, məqsəd Qarabağı Azərbaycanın etmiş Azərbaycanın paytaxtı Bakını yenidən yeni simada görmək imiş!
Olsun! Axı Bakı bundan əvvəl SOP29 kimi dünyəvi bir Konfransa ev sahibliyi etmişdi!
***
Nəhayət, Qara Dəniz və Xəzər Dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası İdarə Heyəti təşkilati məsələnin də Bakıda qərarlaşdırılmasını incələdi. Professor İlham Rəhimov yekdilliklə yenidən Assosiasiyanın Prezidenti seçildi!
Təbriklər və böyük uğurlar arzusu ilə:
Asif MƏRZİLİ