Müğənni Niyam Salamidən şikayət var. O bir nəfəri aldadaraq 21 800 manat dəyərində malını mənimsəməkdə ittiham olunur.
TEZADLAR.AZ xəbər verir ki, Sumqayıt şəhər sakini E.Abbəkirov 2023-cü ilin avqustunda Novxanı qəsəbəsində yerləşən restoranın icarədarı Niyaməddin Səfərovun (müğənni Niyam Salami - red.) ondan 21 800 manat dəyərində kömür alıb, pulunu verməməsini bildirib.
Faktla bağlı araşdırma aparılır (oxu.az).
Qeyd edək ki, Səfərov Niyaməddin Salam oğlu Masallı rayonunda anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində rəssamlıq ixtisası üzrə tədris alıb. 2009–2021-ci illərdə mərhum bəstəkar Nailə Mirməmmədli ilə işbirlikləri olmuş, ondan dərs almış və onun üçün bəstələdiyi 7 mahnısını da ifa etmişdi.
Xatırladaq ki, müğənni Niyam Salami əvvəllər aşpaz kimi fəaliyyət göstərib. İlk dəfə efirə də mərhum Xalq artistimiz Gülşən Qurbanovanın “Qaynar qazan” verilişinə aşpaz kimi çıxıb və sonradan müğənnilik fəaliyyətinə başlayıb.
O, Novxanıda yerləşən "My Beach" istirahət mərkəzini işlədir. Ötən il müştərilərdən biri ondan 107 manat 50 qəpik xidməthaqqı tutulmasından şikayətçi olub. Belə ki, müştərinin sifariş etdikləri 430 manat edib. Bunun yanında ondan 107, 50 manat xidməthaqqı tələb olunub. Qəbzdə qeyd edilib ki, sifarişin ümumi məbləğindən 25 faiz xidməthaqqı tutulur. Müğənni Niyam Salami isə restoranında baş verənlərdən heç də xəbərsiz olmadığını və müştərilərə həmin məkana gəlməmişdən öncə bütün şərtlərin izah edildiyini bildirib. Müğənni açıqlamasında həmin 25%-in özünə - canlı ifası müqabilində ödənilməli olduğunu vurğulayıb...
JASMİN