2025-ci ilin aprelinə qədər KXDR-in Kursk bölgəsindəki bütün hərbi kontingenti məhv edilə bilər...

Tezadlar.az Müharibənin Tədqiqi İnstitutunun hesablamalarına istinadla bildirir ki, Kursk bölgəsində hərbi əməliyyatlarda iştirak edən Şimali Koreya qoşunları kritik dərəcədə yüksək itkilər verir. Vəziyyət dəyişməzsə, 2025-ci il aprelin ortalarına qədər 12 minlik bütün qoşun kontingenti tamamilə sıradan çıxarılacaq.

Xatırladaq ki, Şimali Koreya qoşunları 2024-cü ilin dekabrında döyüşə çağırıldıqdan sonra gündə təxminən 92 hərbçi itirib. Ukrayna prezidenti Vladimir Zelenski 2025-ci il yanvarın əvvəlində Şimali Koreyanın 3800 əsgərinin artıq öldürüldüyünü və ya yaralandığını bildirib. Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin məlumatına görə isə, 2025-ci il yanvarın 13-nə olan məlumata görə, 300 Şimali Koreya hərbçisi öldürülüb, daha 2700 nəfər yaralanıb. Müharibənin Tədqiqi İnstitutunun analitikləri qeyd edirlər ki, itkilərin hazırkı sürəti davam edərsə, 12 min Şimali Koreya əsgərinin bütün kontingenti 12 həftə ərzində (2025-ci il aprelin ortalarına qədər) məhv edilə bilər.
Müharibə isə davam edir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN