"Bu, " anamın acığına qulaqlarımı donduracağam" seriyasından sadəcə bir neçə nümunədir”...
***
ABŞ Rusiyadan meşə yanğınları ilə mübarizədə istifadə olunan və Kaliforniyada bu fəlakətlə mübarizədə kömək edə biləcək 10 ədəd Be-200 amfibiya təyyarəsi almaq niyyətində idi, lakin Ukrayna bu müqaviləni əngəllədi.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Zaxarova özünün Telegram kanalında “Expert” jurnalının məqalələrinə istinad edərək, 2017-2019-cu illərdə Rusiya və ABŞ-ın 10 təyyarənin tədarükü üçün müqavilə bağlamağa çalışdığını, lakin 2019-cu ildə Vaşinqtonun bu təyyarənin Ukrayna mühərrikli versiyasını almağa qərar verdiyini bildirib. Nəşr qeyd edib ki, Ukrayna tərəfi ayrıca sertifikatlaşdırma proseduru keçirməkdən imtina edib və sonda müqavilə heç vaxt yerinə yetirilməyib.
Zaxarovanın sözlərinə görə, Birləşmiş Ştatlar yalnız Los-Ancelesə deyil, Ukraynaya da yanğınsöndürmə avadanlığı çatdırırdı, lakin Kiyev ABŞ üçün həyat qurtaran amfibiya təyyarələri ilə bağlı sövdələşməyə mane olub..
" Hər şey təxminən 2011-ci ildə olduğu kimidir, o zaman Moskva Tsarnayev qardaşları, onların silahlı islamçı qruplarla əlaqələri və radikal baxışları barədə Vaşinqtonu xəbərdar edir və Amerika kəşfiyyat agentlikləri bu məlumatı mahiyyət etibarı ilə kənara ataraq, yalnız formal yoxlama aparır. İki il sonra terrorçular Boston Marafonunun finiş xəttində partlayışlar törədirlər”.
Zaxarova vurğulayıb ki, eyni ssenari ilə - Rusiyadan Aventa-M ventilyatorlarının çatdırılması ilə bağlı hekayə də pandemiyanın bəlkə də ən çətin dövründə inkişaf edib.
"Hər şey avadanlığın ABŞ-da "ehtiyat tədbiri olaraq" utilizasiyası ilə başa çatdı. Heç kim nə qədər insanın həyatını xilas edə biləcəyini hesablamadı. Bu, " anamın acığına qulaqlarımı donduracağam" seriyasından sadəcə bir neçə nümunədir”, - deyə RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
JASMİN