Xəbər verdiyimiz kimi, bu gün "Alov qüllələri"nin kino pavliyonunda Türkiyə istehsalı olan "Meşru gayrimeşru" filminin təqdimatı keçirildi...
TEZADLAR.AZ komandasının da təqdimatına dəvət aldığı filmə baxış coşqu ilə qarşılandı.
Xatırladırıq ki, müasir həyatımızın bamk kartı dələduzluğundan bəhs edən filmin ssenarisi və rejissor işi Ömer Kaydıya məxsusdur. Və filmin baş rolunu – hüquq üzrə professor Erdem Kuş obrazını məşhur türkiyəli aktyor Erkan Can canlandırıb. Tragi- Komediya janrında çəkilmiş filmdə baş rolun qəhrəmanı, hüquq üzrə professor Erdem Kuş telefon fırıldaqçıları tərəfindən aldadılaraq dələduz dəstənin qurbanına çevrilir. Peşəsinə görə təzyiqlərlə üzləşən və işsiz qalan hüquqşünas pullarını geri qaytarmaq üçün özü mübarizə aparır. Sonda qalib gəlir... Filmdə Erkan Canla yanaşı tanınmış aktyorlardan Kemal Uçar, Şahin Sarsu, İbrahim Temizoğlu, Yusuf Uyar, Barış Akkoyun, Rıza Sönmez, Burcu Salihoğlu və digərləri rol alıblar.
Filmdəki bir çox həyati hadisə və reallıqlar tamaşaçıların diqqətindən yayınmırdı, alqış sədaları ilə dəstəklənirdi...
"Təzadlar"ın reportyorları filmin nümayişindən əvvəl rejissor Ömer Kaydıdan videomüsahibə almışdır, tezliklə təqdim ediləcək...
Y.Məmmədli