Fələstinin radikal HƏMAS hərəkatı İsrail əsgərlərinin atəşkəs razılaşması çərçivəsində geri çəkilməsindən sonra Qəzza zolağına nəzarəti bərpa edib.
Tezadlar.az xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) məlumat yayıb.
Qeyd olunur ki, hərəkat artıq minlərlə döyüşçünü küçələrə göndərməyə başlayıb və ərazidə dominant qüvvə olaraq qalır.
Keçmiş İsrailli girovların müzakirəçisi və Beynəlxalq İcmalar Təşkilatının diplomatiya müdafiəsi qrupunun Yaxın Şərq direktoru Gerşon Baskinin sözlərinə görə, silahlı HƏMAS üzvlərinin Qəzzaya qayıtması "İsrail hökuməti və ordusuna bir sillədir".
"Bu, İsrailin müharibədəki məqsədlərinin heç vaxt əldə oluna bilməyəcəyini vurğulayır", - o deyib.
Qəzet qeyd edir ki, HƏMAS-ın aylarla davam edən döyüşlərə baxmayaraq, açıq güc nümayişi yenidənqurma işlərinin başlanması ilə bağlı humanitar təşkilatlar və hökumətlər üçün radikal qrupla əməkdaşlıq etmək zərurəti barədə siqnala çevrilib.
“Nəticə, İsrail bunun qarşısını almağa ümid edirdi”, - WSJ-də qeyd edilib.
Bundan əvvəl HƏMAS Siyasi Bürosunun üzvü Məhəmməd Nazzal hərəkatın Qəzza zolağına təkbaşına rəhbərlik etmək niyyətində olmadığını, bu məqsədlə texnokratlardan ibarət komanda formalaşdıracağını bildirmişdi.
“Biz Qəzzanı müxtəlif sektorlarda idarə etmək üçün bütün fələstinli qrupların daxil olduğu texnokratik komanda yaratmağı təklif edirik”, - o deyib.
E.ŞİRİNOV