Bəyn etdiyi kimi, Donald Tramp Kapitoli binasına basqın etməkdə təqsirli bilinən 1500 nəfəri əfv edib...
Tezadlar.az REUTERS-ə istinadla xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Məlumata əsasən, ABŞ prezidenti Donald Tramp 6 yanvar 2021-ci ildə Kapitoli binasına soxulmaqda təqsirli bilinən 1500 nəfəri əfv edib. CNN-in məlumatına görə, Tramp artıq polisə hücum və əmlakı məhv etmək kimi bir sıra cinayətlərə görə məhkum olunmuş yüzlərlə insanı da əfv edib. ABŞ-ın 47-ci prezidenti kimi rəsmi olaraq vəzifəyə başladıqdan sonra Donald Tramp Co Baydenin 78 sərəncamının ləğvi də daxil olmaqla bir sıra icraedici tədbirlərə imza atıb. Bu gün imzalanan digər tədbirlərə daha sərt immiqrasiya siyasəti, o cümlədən ABŞ-ın cənub sərhədində milli fövqəladə vəziyyət elan edilməsi, ABŞ-ın Paris iqlim sazişindən çıxarılması və digər tədbirlər daxildir.
Amerikanın sadə vətəndaşları daTrampın prezidentliyindən çox şey gözlədiklərini deyirlər...
A.Məmmədli