Gülməlidir, bəlkə də ağlamalıdır...
Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul vəsaitini oğurlayan şəxslər müəyyən edilib, zərər ödənilib. DİN-n Mətbuat Xidmətinin adından yayılan məlumatda bildirilib ki, Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tədbirlər görülüb... Belə ki, fakta görə başlanmış cinayət işi çərçivəsində, cinayəti törədən şübhəli şəxslər müəyyən edilib, 80507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi təmin edilib. Hazırda cinayət işi üzrə əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər davam etdirilir.
XXX
Sual olunur: axı bank kartından pul necə oğurlana bilər! Məgər bank kartı meyvə- tərəvəz bazarıdır ki, yetən əl uzada?!
Digər sual: adətən, DİN əməkdaşlarl cinayət faktını aşkar edib cinayətkarları saxlayan kimi adını, kimliyini, harda işlədiyini, harda anadan olduğunu, təkrar cinayət törədib- törətmədiyini bəyan edir, ictimaiyyət də bu yaramazın kimliyini bilir. Bəs niyə bu dəfə ziyan ödətdirilən kimi həmin şəxs və ya şəxsin kimliyi ictimaiyyətə açıqlanmır?
Üçüncüsü, bəs bankın məsuliyyəti bu halda necədir! Əmanətə xəyanət edilən banka kim etibar edər bundan sonra??? Və həmin bankın adı nədir???
Dördüncüsü, bəs ziyanı kim ödəyib: bank, yoxsa pulu oğurlayan -adı bəlli olmayan şəxs və ya şəxslər???
A.Məmmədli
P.S.Bank kartından və şəxsi hesabdan isə pullar belə oğurlanır...