Azərbaycanın Əməkdar hüquqşünası, professor, Rusiya Elmlər Akademiyasının akademiki, Qara dəniz- Xəzər regionu ölkələrinin Hüquqşünaslar Assosiasiyasının prezidenti İlham Rəhimovu Azərbaycanda təkcə elm adamı kimi deyil, həm də xeyriyyəçi kimi dəyərləndirirlər...

 Etdiklərini dilə gətirməyib reklam etdirməyən Professorun xeyriyyəçiliyi heç vaxt müzakirə mövzusu olmayıb... Və o, ümumiyyətlə, xeyriyyəçiliyindən danışmağı da heç vaxt qəbul etməyib... "Edilən yaxşılıq heç vaxt müzakirə mövzusu olmamalıdır!" deyən Professorun bir neçə gün sonra atdığı daha bir nümunəvi addım barədə isə, məncə, bu dəfə danışmağa dəyər... 

XXX 

 Tovuzun Cilovdarlı kəndində indiyədək uşaq bağçası olmayıb. Amma çox ehtiyac var idi... Professor İlham Rəhimov bir müddət əvvəl kənddə müasir tələblərə cavab verən bağçanın tikintisinə göstəriş verdi... Və bir neçə gündən sonra açılışı olacaq bağçanın tikintisindən isə ötən zaman içində kimsənin xəbəri olmayıb. Demək, "Edilən yaxşılıq və xeyriyyəçilik heç vaxt müzakirə- reklam mövzusu olmamalıdır!" qənaəti burda da özünü göstərmiş oldu. 

Beləliklə, yanvarın 23-də Tovuzun Cilovdarlı kəndində 54 yerlik müasir tipli, nümunəvi uşaq bağçanın açılışı olacaq. Açılışdan sonra isə həmin bağça Professor İlham Rəhimov tərəfindən Təhsil Nazirliyinə hədiyyə ediləcək.

Y.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN