Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlar aparıb. Rusiyalı nazir İrəvana səfər edəcək.

"Mən Ararat Samveloviçin bu gün mənə təsdiq etdiyi dəvətdən - İrəvana səfər etməkdən mütləq istifadə edəcəyəm. Biz həmçinin nazir müavinləri arasında müntəzəm dialoqu bərpa edəcəyik və davam etdirəcəyik", - Lavrov danışıqlardan sonra keçirilən mətbuat konfransında vurğulayıb.

Lavrov qeyd edib ki, Federasiya Şurasının sədri Valentina Matviyenkonun Ermənistana səfəri də üzərində iş gedir.

Danışıqların özünə gəlincə, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib. ki, bir sıra məsələlərdə Moskva və İrəvan qarşılıqlı məqbul mövqelərə gələ bildilər.

Bundan başqa, Lavrovun özü də vurğulayıb ki, Rusiya müqavilələri yerinə yetirməyə sadiqdir, o cümlədən hərbi sahədə.

Lavrov daha əvvəl bəyan etmişdi ki, Rusiya bütün sahələrdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yardım etməyə hazırdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN