Lənkəran şəhəri ərazisində yerləşən və hazırda istifadəsiz olan keçmiş mebel fabrikinin həyətində silah-sursat tapılıb.
Tezadlar.az xəbər verir ki, polis əməkdaşları tərəfindən əraziyə baxış zamanı oradan 2 ədəd "AKM-74" markalı avtomat, patron darağı və 30 ədəd patron aşkarlanaraq götürülüb.
Bundan əlavə, keçirilən əməliyyat və profilaktiki tədbirlər nəticəsində Lənkəran ərazisində müvafiq sənədləri olmayan qanunsuz saxlanılan 24 ədəd ov tüfəngi aşkarlanıb.
R.XUDATQIZI