ARAZ adı ən qədim addır. Fəqət...
...Yadıma gəlir, 1980-ci illərdə mən BDU-da elmi laboratoriyada müdir işləyəndə, uzun illər Dilçilik kafedrasına rəhbərlik etmiş məşhur dilçi sayılan bir akademik təzə nəşr etdirdiyi əlboyda kitabçası ilə gəzirdi. Onu universitetin koridorlarında, yeməkxanasında ona salam verən hər kəsə göstərir və fəxrlə hədiyyə verirdi. Deyəsən kitabça "Azərbaycan toponimləri" adlanırdı.
U qıtlıq illərində bir dəfə akademik yeməkxanaya gəldi. Satılan yeganə nəm sosiskadan ikisini alıb yanındakı turşu xiyar ilə oturduğum stola yaxınlaşdı, icazə alıb yanımda əyləşdi. U zamana kimi mən də fəxr etdiyim (həm də fililogiyanın qiyabısında təhsil almış şair, yazıçı qardaşlarım Həmzə Vəlidən və Əli Vəlioğludan onun barəsində çox eşitmişdim) Dilçi alim özünün fəxr etdiyi kitabçasının birini də mənə bağışladı orada.
Endim laboratoriyaya. A hərfini oxuyanda "ARAZ" sataşdı gözümə. Məşhur dilçi alim yazırdı ki, Araz erməni terminidir.
Kitab da, müəllifi də u an düşdü gözümdən. Dəy heç qalanına baxmadım. Özü də kitabça Qarabağdakı terroristlərin Kremldən - Qorbaçovdan üfürülən və bütün azərbaycanlı evlərinin çardaxlarını altın-üstünə çevirən, divarlarına od vuran Torneydosu dövrlərində işıq üzünə çıxmışdı.
U boyda akademikin Arazın erməni toponimi kimi göstərilməsi dərdi məni uzun illər yandırdı.
ARAZ - Türkiyə türk lüğətində ərəb sözü kimi təqdim edilir -
...............1) мед. симптом, признак; 2) случайное свойство, ...............побочное свойство; 3) случайность; 4) несчастный ...............случай, катастрофа.
Mən, çayın adını, Harami, Muğan düzlərində sakit axmasına baxmayaraq, Naxçıvanda bəndə salınmamışdan qabaq yazda vurub yıxan, dağıdan, yolları kəsən - xüsusilə biz tərəflərədə dağlar, qayalıqlar arasından axan çay kimi "katastrofa"- fəlakət, faciə, beel - qədim və mixi yazılı türkcədə bəla) ilə daha çox bağlayıram.
ABŞ-da gil yazılardan türkcə etdiyim tərcümələr zamanı 3200 il bundan qabaq HƏMƏDANDA yazıb yaratmış BİDA (yeganə, vahid deməkdir) HƏMMƏDANİNİN bir şeirinı çevirəndə ARAZA və KÜRƏ rast gəldim. Matım-qutum qurudu:
"Ərüdə u[d]siz KÜR deyə ki, ARAZU deyə,
Gələ edə savab, hunca deyə, barı hunca deyə..."
Kürün Arazın qovşağında anadan olub Həmədana köçmüş ŞAİRƏ doğma ARAZ üçün göynədir hisslərini gil lövhəyə çətin qazılan sətirlərində.
Araz niyə erməni sözü olmalıdır? Qoy lap ərəb mənşəli olsun, amma erməninin ARAZa nə dəxli?
***
Lakin ARAZIN böyük bir dərdi var. ARAZ çay deyil. Son 200 ildir ARAZ hər iki sahilində ayrı saldığı 50 milyonluq bir xalqın axan GÖZ YAŞIDIR.
Sözün bitən yerində BAYATILARIM onu göz yaşı kimi təsvir edir:
Araz, Araz, can Araz,
Sultan Araz, Xan Araz,
Çeşmən didbdən qurusun,
Mənim təki yan Araz.
***
Araz gəldi daşınnan,
Qəmi aşır başınnan,
Əvvəli dumduruydu
Bulandı göz yaşınnan.
***
Araz, Araz, can Araz,
Sultan Araz, Xan Araz,
Qumu, lili duruldub
Bir dərdimi qan Araz.
***
Araza gəmi gəldi,
Sandım ki, bəmi gəldi,
Qan ağla kor gözlərim
Ayrılıq dəmi qəldi.
***
Arazım çaxar qaldı,
Tərlan uçdu, sar qaldı,
Elimnən ayrı düşdüm
Gözlərim axar qaldı.
***
Arazın başı mənəm,
Dibinin daşı mənəm,
Harda bir qərib olsa
Bil ki, yoldaşı mənəm.
***
Araz axdı, yan axdı,
Dibiylə min can axdı,
Çöndüm Vətənə baxım
Gözlərimdən qan axdı.
***
Keçmə, Araz dərindi.
İçsən suyu sərindi,
Həsrət qalan sahillər
Sənin öz ellərindi.
***
Araz axar, yan verər,
Səsi mənə can verər,
Yaramı yaxşı bağla
Pis bağlasan qan verər.
***
Araz, Araz, Xan Araz,
Gözləri mərcan Araz,
Çəkil həsrət yolumdan
Olum mən gülşən Araz.
Tariyel AZƏRTÜRK,
Professor
(ABŞ)