...Rəhmətlik Lütfiyar müəllimlə bağlı bir xatirə yadıma düşdü. Konservatoriyada 2-cü kursda oxuyurdum. O vaxtlar televiziyada müxtəlif alətlər ifa edirdim. Bir gün də idarə etdiyim toya rəhmədlik Baba Mahmudoğlunu da dəvət etmişdilər. Müxtəlif alətləri ifa etdikdə Baba müəllim çox maraqla baxırdı. Telefonumu götürdü, bir neçə gündən sonra zəng etdi ki, mənə AzTV-nin nəzdində “Dastan” folklor ansamblı yaratmağı təklif ediblər. Xahiş edirəm, məsləhət bildiyin musiqiçiləri topla, məşqlərə başlayaq. Beləcə, “Dastan” folklor ansamblı Azərbaycan Dövlət Opera və Balet teatrında məşqlər edirdik. Lütfiyar müəllim də məşqlərə gəlir, qədim alətlərə maraqla baxır və dinləyirdi. Ümumiyyətlə, ovaxtlar operada çalışan digər məşhur müğənni-aktyorlar da məşqlərimizə tamaşa edirdilər. Beləcə, tez-tez AzTV-də və digər konsert müəssisələrində “Dastan” folklor ansamblının çıxışları olurdu.
Həmin illərdə rayonlarda məhsul bayramları təşkil olunur, kənd zəhmətkeşləri ilə görüşlər və konsertlər keçirilirdi. 1980-ci il idi, Baba müəllim dedi ki, Cəlilabad rayonuna məhsul bayramna getməliyik. Cəlilabad Rayon Partiya Komitəsinin birinci katibi, Sosialit Əməyi Qəhrəmanı İbrahim Qurbanovun (1925–1992) dəvəti ilə və opera artistləri ilə birgə səfərə yollandıq.
Adətən, konsertin sonunda ən yüksək titulu olan müğənni çıxış edir və konsert tamamlanır. Konsertdə aparıcılığı Baba müəllim özü edirdi. O, hər kəsi salamladı, çox maraqlı konsert olacağını bildirdi. Sonra çıxış edəcək müğənnilərin bir-bir adını çəkdi: SSRİ Xalq artisti Lütfiyar İmanovun adı çəkildikdə çox könülsüz alqışladılar (sanki bu niyə gəlib?), Teymur Mustafayev (gurultulu alqışlar), Qəndab Quliyeva (ortabab alqışlar), Sabir Əliyevin adı çəkildikdə isə hər kəs ayaqüstə və sürəkli alqışladılar.
“Dastan” ansamblı musiqisi mənə aid edilən “Şur” dəramədi ilə konsertə başladı. Baba müəllim ovaxt çox gənc və sevilən, populyar olan, lakin heç bir fəxri adı olmayan Sabir Əliyevi (1948–2020) səhnəyə dəvət etdi. Alqışlardan qulaq tutulurdu, amma səhnəyə Lütfiyar İmanov (1928–2008) çıxdı. Alqışlar susdu. Lütfiyar müəllim tamaşaçıların Sabir Əliyevin adı çəkiləndə konsrtin axırında məhz onun oxuması qərarına gəlib. Səhnəarxası söhbətlərində də Sabir müəllimə fikrini bildirib. Lütfiyar İmanov mikrofonu götürüb başda rayon rəhbərliyi olmaqla hər kəsi salamladı.
 Daha sonra “Dastan”ın müşayiətilə “Yar bizə qonaq gələcək” xalq mahnısını çox gözəl ifa etdi. Amma tamaşaçılar o oxuyarkən bir-birilə söhbətləşir və saymamazlıq edirdilər. Lütfiyar müəllim mahnını tamamladıqdan sonra üzünü tamaşaçılara tutub dedi: “Sizə ayıb olsun, qarşınızda dünyanın ən nəhəng konsert salonlarında konsertlər verən SSRİ Xalq artisti çıxış edir. Mənə hörmət etmirsinizsə, heç olmasa, rayonun rəhbərinə hörmət edin.” Sonra onun müşayiət edən fortepiano ifaçısı olan qadın konsertmeystri səhnəyə dəvət etdi. O da 6-7 klavir şəklində olan əsərləri üst-üstə qoyub, Lütfiyar müəllimdən hansı əsəri ifa edəcəyini soruşdu. Lütfiyar müəllim: “Bizenin “Karmen” operasından Xozenin ariyasını” oxuyacağını bildirdi. Daha sonra tamaşaçılara dedi: Məni bura dövlətimiz göndərib, oxusam da, oxumasam da mənə qonorar yazılacaq. Amma zəhmət çəkib pul qazanmaq istəyirəm. Bir ariya oxuyacağam, xahiş edirəm tam sakitlik olsun, zalda söz-söhbət olanda əsəbləşirəm. Əgər sakitlik olmasa, əlavə 6 əsər də ifa edəcəyəm. Sakitlik olsa, bu mahnı ilə nsizinlə sağollaşıram. Beləliklə, Lütfiyar müəllim əsəri ifa etməyə başladı. Zalda tam sakitlik idi, milçək də uçsaydı, vızıltısı aydın eşidiləcəkdi. Tamaşaçılar diqqətlə qulaq asırdılar. Zənnimcə, onlar qorxudan səslərini çıxartmırdılar. Əks-təqdirdə, ən azı, daha yarım saat ariya dinləməli olacaqdılar... Nə isə, Lütfiyar müəllim əsəri tamamladı və tamaşaçılara sayğı ilə baş əydi. Tamaşaçılar Lütfiyar müəllimi elə gözəl alqışladılar ki, deyəsən özünə də çox ləzzət etmişdi. Axı o, maarifləndirici danışığı ilə istəyinə nail olmuşdu. Onlara bir daha baş əyib səhnədən çıxdı.
Lütfiyar İmanov uzunmüddətli alqışlardan sonra səhnəyə qayıdıb bir daha tamaşaçılara təzim etdi, amma verdiyi sözə əməl edərək üçüncü mahnını oxumayaraq səhnəni tərk etdi...
Fotoşəkildə soldan: Aşıq Tərmeyxan, səhv etmirəmsə, Cəlilabad rayon PK-nin təlimatçısı Rauf bəy, Abbasqulu Nəcəfzadə, Qəndab Quliyeva, İbrahim Qurbanov, Sabir Əliyev, Lütfiyar İmanov, Hacı Abutalıb Sadıqov, Hamlet Hacımirzəyev.
Abbasqulu Nəcəfzadə,
kaman ifaçısı
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN