Dünən yanvarın 22-də ABŞ prezidenti Donald Tramp ABŞ-ın cənub sərhədini qeyri-qanuni mühacirlərin üzünə bağlayan fərman imzalayıb.
Tezadlar.az Reuters-ə istinadla bildirir ki, bu barədə Ağ Ev Administrasiyasının saytı məlumat yayıb. Sitat: "Prezident ölkənin "İmmiqrasiya və Vətəndaşlıq" Qanununa əsasən qeyri-qanuni əcnəbilərin cənub sərhədindən ABŞ-a fiziki girişinin qarşısını almaq səlahiyyətinə malikdir." Beləliklə, bəzi ştatlar, xüsusən də Texas, Baydenin administrasiyası zamanı federal hökumətdən miqrant axınından qorunma istəmişdi, lakin Bayden ştatları ABŞ-a daxil olan milyonlarla qeyri-qanuni əcnəbilərdən qoruya bilməmişdi.
eni əmr Daxili Təhlükəsizlik Departamentinə, Ədliyyə Departamentinə və Dövlət Departamentinə cənub sərhədini keçən qeyri-qanuni mühacirlərin dərhal çıxarılması üçün bütün lazımi tədbirləri görməyi tapşırır. Sərəncam, həmçinin qeyri-qanuni mühacirlərin ABŞ-da qalmasına imkan verən immiqrasiya müddəalarına çıxışını məhdudlaşdırır. Xüsusilə, məhdudiyyətlər sığınacaq üçün müraciət etmək imkanlarına aiddir.
Tezadlar.az xatırladır ki, Tramp andiçmə çıxışında ölkədə 30 milyona yaxın qanunsuz miqrantın olduğunu bildirmişdi... Əlavə etmişdi ki, onlar ölkədən çıxarılacaq.
A.Məmmədli