ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya ilə razılığa gəlmək üçün təhdidlərdən istifadə edə bilməz və o, sərt ritorikasından əl çəkməlidir.

Tezadlar.az xəbər verir ki, bunu Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen X sosial şəbəkəsində yazıb.

“Tramp sülh razılaşması əldə etmək üçün hədələyə bilməz, çünki Rusiya münaqişəni ekzistensial təhlükə kimi görür. Niyə dialoqla başlamayaq? - tədqiqatçı qeyd edib.

Bundan əvvəl Tramp “rus xalqına məhəbbətini” etiraf edib və Ukraynadakı münaqişəni dərhal dayandırmağa çağırıb. Eyni zamanda o, Moskvanı hədələyərək, əks halda “Rusiya üçün işlərin daha da pisləşəcəyini” bəyan edərək, sanksiyalar və rüsumlar tətbiq etməyə hazır olduğunu bildirib.

Amerika liderinin sözləri “The Wall Street Journal”da dərc olunan məqalə ilə üst-üstə düşüb və yazıya görə, Tramp artıq Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqa vəd etdiyi 24 saat əvəzinə, yaxın 100 gündə silahlı münaqişəyə son qoymağı tapşırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN