"Təzadlar"ın elektron poçtuna qəzetin bu günkü fəaliyyəti və güzəranı, halı ilə bağlı yazı göndərilib...
"Bəxtiyar Sadıqov və İxtiyar Hüseynlinin əsir-yesir gününə qoyduqları «Azərbaycan» qəzetinin rəsmi dövlət qəzeti kimi deyil, əyalət qəzetindən də aşağı səviyyədə çıxması faktdır. Bir vaxtlar Üzeyir Hacıbəyli, Ceyhun Hacıbəyli, Əmir Mustafayev kimi görkəmli şəxslərin baş redaktoru olduqları bu qəzet Bəxtiyar-İxtiyar tandeminin idarəçiliyi ilə qəzetçilik simasını tamamilə itirib. Son 23 ildə əsasən Ramiz Mehdiyevin təbliğatına işləmiş bu qəzetdə istedadlı qələm sahiblərinin hamısı uzaqlaşdırıblar... Siyahı uzundur, onları hamı tanıyır: Flora Xəlilzadə, Qafar Cəbiyev, Xalid Niyazov... 107 yaşlı «Azərbaycan» qəzeti bu gün tarixinin ən acınacaqlı günlərini yaşayır, bir mətbu orqan kimi ictimai rəyin formalaşmasında heç bir rol oynamır...", -cümləsi ilə başlayan yazıda maraqlı detallar var. Lakin bəzilərinin dəqiqləşdirilməsinə zərurət duyulur... Yazı tam şəkildə "Azərbaycan" qəzetinin elektron poçtuna göndərilib, rəhbərlik mövqe bildirsə yaxşı olar... Sonra yazılır: "...Son 10 gündə isə «Azərbaycan» qəzetində yeni böhran yaranıb. 23 ildə Bəxtiyar Sadıqovun bütün əmrlərini yerinə yetirərək redaksiyada fərqli mövqe tutan İxtiyar Hüseynli indi Bəxtiyar Sadıqovun özünə qarşı çıxıb. Başqa cür desək, Bəxtiyar Sadıqovun 23 ildi himayə etdiyi indi onun özünə qarşı çevrilib... Onların düşmənə çevrilmələrinin səbəbi İxtiyar Hüseynlinin Bəxtiyar Sadıqovun iradlarını qəbul etməməsi olub. Məsələ ondadır ki, İxtiyar Hüseynli son vaxtlarda özünün baş redaktor təyin ediləcəyi ilə bağlı təbliğat aparır. O, bu məsələnin yuxarı səviyyələrdə həll olunduğunu, X adlı şəxsdən (adını yazmağı məqbul bilmədik.RED.) razılığının alındığını və yaxın vaxtlarda Milli Məclisdə onun təyinatı ilə bağlı qərarın qəbul ediləcəyini deyib. Hətta özünə yaxın işçiləri redaksiyada vəzifələrə, o cümlədən qəzetin internet versiyasının redaktorunu məsul katib təyin edəcəyini vəd edib. Bütün bunlar qəzetdə atmosferi dəyişib, İxtiyarın otağında yeni vəzifələrə təyinatlarla bağlı söhbətlər artıb. Redaksiyada yayılan bu xəbər Bəxtiyar Sadıqovun qulağına çatıb. Bundan sonra Bəxtiyar Sadıqov İxtiyara xəbərdarlıq edib. Bundan hiddətlənən İxtiyar Bəxtiyar Sadıqovu İran dövlətinə çalışan "agentləri" (adları təqdim edilir.RED.) qəzetə işə götürməkdə ittiham edib. Daha sonra Bəxtiyar Sadıqova məktub yazaraq onu günahlandırıb və deyib ki...(Bu hissəni də yazmağı məsləhət bilmədik.Red.)! bu barədə lazım gəlsə Dövlət Təhlükəsizlik Xidmətinə müraicət edəcək... İndi «Azərbaycan» qəzeti redaksiyasının bütövlükdə bu qalmaqala köklənib, bu isə onsuz da yaradıcı ruhu olmayan qəzetin fəaliyyətinə əsaslı dərəcədə təsirini göstərməkdədir..." və sair geniş məqalə...
"Təzadlar"dan: həm Bəxtiyar Sadıqovun, həm də İxtiyar Hüseynlinin əsaslandırılmış mövqeyini yayımlamağa hazırıq. Yazı isə tam şəkildə qəzetin elektron poçtuna göndərilib...
"Təzadlar"