Rusiya regionunda - Bryansk vilayətində azyaşlıya təcavüz edən şəxs 24 il müddətinə azadlıqdan məhrum edilib.
Tezadlar.az bildirir ki, bu barədə lenta.ru-ya Bryansk vilayətinin ümumi yurisdiksiya məhkəmələrinin birgə mətbuat xidmətindən məlumat verilib.
O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci (“Zorlama”), 132-ci (“Seksual xarakterli zorakılıq hərəkətləri”) və 111-ci (“Təqsirkar tərəfindən köməksiz vəziyyətdə olduğu məlum olan yetkinlik yaşına çatmayan şəxsə qarşı qəsdən sağlamlığa ağır, insan həyatı üçün təhlükəli zərər vurma”) maddələri ilə təqsirli bilinib.
Məhkəmə müəyyən edib ki, bir kişi məclisdə spirtli içki qəbul etdikdən sonra qonşusunun üç yaşlı qızına təcavüz edib. Təqsirləndirilən şəxs təqsirini boynuna almayıb.
Məhkəmənin hökmü ilə o, 1,5 il müddətinə azadlığı məhdudlaşdırılmaqla 20 il müddətinə uşaqlarla işlə bağlı fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, habelə bir milyon rubl məbləğində mənəvi ziyan ödənilməklə 24 il müddətinə ciddi rejimli koloniyada cəza çəkməklə azadlıqdan məhrum edilib.
E.ŞİRİNOV