Yanvarın 27-nə keçən gecə rus hərbçiləri 104 "Şəhid" tipli hücum PUA və pilotsuz təyyarə imitatorları ilə Ukraynaya hücum edib...
Tezadlar.az Ukrayna Müdafiə Nazirliyinə istinadla bildirir ki, 57 pilotsuz uçan aparat məhv edilib, daha 39-u vurulub, amma yerini müəyyənləşdirmək mümkün olmayıb. Hücum nəticəsində 4 ərazidə dağıntı olub. Sitat: "Saat 9:00-a olan məlumata görə, Kiyev, Nikolayev, Xarkov, Poltava, Sumı, Dnepropetrovsk, Xmelnitski, Jitomir, Vinnitsa və İvano-Frankovsk vilayətlərində 57 “Şəhid" tipli PUA və digər növ pilotsuz təyyarələrin vurulması təsdiqlənib. 39 düşmən dron imitatoru isə vurulsa da, yerini tapmaq mümkün olmayıb.
Dünyanın gözü isə Trampla Putinin görüşündədir... Müharibə isə davam edir.
A.Məmmədli