İpoteka və Kredit Zəmanət Fondunun sistemi çökübmü?
Bu gün saat 10-da adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna start verilməliydi. Yəni İpoteka və Kredit Zəmanət Fondu, məhz bu saatda ipoteka kreditləşməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin verilməsi üçün limitlərə müraciətləri qəbul etməliydi.
"Verilməliydi" , "etməliydi" sözünü ona görə qeyd edirəm ki, iştirakçıların xeyli hissəsi prosesin baş tutmadığını bildirirlər. Müzakirələr, şikayətlər hələ də davam edir.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə tanınmış QHT rəhbəri, Multi Media Mərkəzinin rəhbəri Osman Gündüz sosial media hesabında bildirib.
O, diqqətə çatdırıb ki, bununla bağlı rəsmi resursun saat 10-da edilən müraciətlərə cavab vermədiyi, seçimin mümkün olmadığı, ümumiyyətlə müraciətin mümkün olmadığı və sistemin çökdüyü bildirilir - sonradan daxil olduqda isə limitlərin bitdiyi qeyd edilib...
"Müraciətlər "Elektron ipoteka və kredit zəmanət “sistemi üzərindən SİMA Token və ya Asan İmza vasitəsilə həyata keçirilir.
İstifadəçilər İpoteka və Kredit Zəmanət Fondunun sosial media hesablarında bununla bağlı müzakirələrdəki rəylərinin silinməsindən, prosesin gedişində Fondla əlaqə saxlamağın mümkün olmadığından da şikayətlənirlər. Baş verənlər, əlbəttə təəssüf doğurur.
Dövlət xidmətlərinin reallaşmasında texnologiyaların tətbiqi insan amilinin minimuma endirilməsi, şəffaflıq baxımından effektiv olsa da, bütün bunlar sonda vətəndaş məmnunluğuna gətirib çıxarmalıdır. Əgər bu baş vermirsə, onda demək hardasa səhvlərə, qüsurlara yol verilib .
Düşünürəm ki, Fond baş verənlərlə bağlı ağlabatan açıqlama verməlidir. Problemin haradan qaynaqlandığına(sistemin özü ilə bağlı, daxil olmaqla bağlı, bankların seçimi ilə bağlı və s), insan amili ilə bağlı sui-istifadə risklərinə, kiber hücumla bağlı məsələlərə aydınlıq gətirməlidir. Şəffaflıq, ictimai nəzarət üçün imkanlar yaradılmalıdır. Aidiyyatı dövlət qurumları və müstəqil ekspertlərinin prosesin gedişində iştirakı təmin edilməlidir.
Rəqəmsal xidmətlərin keyfiyyətinə və təhlükəsizliyinə cavabdeh qurumlar- RİNN, İRİA, XRİTDX bu məsələni diqqətdə saxlamalıdır.
Daxil olan müraciətlərin emal olunması ilə bağlı statistikanı açıqlamaq faydalı olardı. Fond uğurlu olan ilk və son müraciətlərlə bağlı məlumatları ağlabatan formada açıqlamalıdır.
Sabah saat 10-da isə güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna start veriləcək.
Ümid edirəm ki, Fond prosesin gedişinə şəffaf nəzarət imkanlarını gücləndirəcək və müraciətlərin problemsiz qəbulunu reallaşdıra biləcək", - deyə mütəxəssis qeyd edib.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN