Xristian Demokrat İttifaqının (XDİ) Almaniya kansleri vəzifəsinə namizədi Fridrix Merz bildirib ki, o, Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə töhfə verəcəyi təqdirdə
Rusiya prezidenti Vladimir Putinlə dialoqa hazırdır.
TEZADLAR.AZ xəbər verir ki, o, bu barədə fevralın 6-da Deutschlandfunk-a müsahibəsində bildirib.
“Əgər mən Putinlə telefonla danışsam, o zaman bizim sülh yolu ilə həllə yaxınlaşmaq şansımız olar”, -deyə bildirib.
XDİ rəhbəri xatırladıb ki, 2024-cü ildə Almaniya kansleri Olaf Şolz Putinlə telefon danışığı aparıb, eyni zamanda onun məzmununu “ictimaiyyətə yaxşı nümayiş etdirib”.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında danışıqların sonuncu raundu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səyi nəticəsində 2022-ci il martın 29-da İstanbulda baş tutub. O təxminən üç saat davam etdi. Daha sonra isə tərəflər bəzi müddəalardan dolayı razılığa gəlmədilər...
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin 2022-ci il fevralın 21-də qondarma “DXR” və “LXR”-ı rəsmi olaraq müstəqil dövlətlər kimi tanıdı, fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 6-da Rusiya qüvvələrinin Ukraynada “xüsusi əməliyyatlara” başladığını elan etdi.
Putin ölkəsinin qonşu dövlətə bu hərbi müdaxiləsini qondarma respublikaları Ukraynanın “hərbi təcavüzün”dən müdafiə etməsi kimi açıqladı. Və Kreml iddia etdi ki, “əməliyyatlar” zamanı Rusiya hərbçiləri Ukrayna ərazisindəki hərbi obyektləri sıradan çıxaracaq və mülki əhaliyə, yaşayış evlərinə və s. ziyan vurulmayacaq.
Lakin bu “xüsusi əməliyyat” genişmiqyaslı müharibəyə çevrildi və bu günədək davam etməkdədir. Bu müharibə hər iki ölkənin, xüsusilə Ukraynanın iqtisadiyyatına ciddi zərər vurub, ölkənin şəhərləri, kəndləri yerlı-yeksan edilib. Ukraynanın güvəndiyi müttəfiqləri isə öna qələbə vəd etsələr də, bu günbə-gün reallıqdan uzaq görünür... Ukrayna əhalisi isə zərər görməkdə, itki verməkdə davam edir.
Amma tərəflər hələ də razılığa gələ bilmir...
Y.Məmmədli