Bu gün Bakıdakı "Alov qüllələri"ndə İran İslam İnqilabının 46- cı ildönümü təntənə ilə qeyd edildi...
Bayram mərasimində dəvət olunmuş qonaqları İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Mərian və səfirliyin rəsmi şəxsləri qarşıladılar. Dəvət edilən qonaqlar arasında Azərbaycanın bir sıra millət vəkilləri, din və ictimai xadimlər, siyasətçilər, jurnalistlər, eləcə də bir çox xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin rəhbərləri var idi.
Sonra mərasimin rəsmi hissəsinə başlanıldı. Azərbaycanın və İranın dövlət himnləri səsləndirildikdən sonra İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Mərian Azərbaycan Baş nazirinin birinci müavini Şahin Mustayevi və qonaqları salamladı. O, çıxışında İran İslam İnqilabının baş verməsindən sonra ötən 46 ildə ölkəsində baş vermiş mütərəqqi inkişafdan danışdı. Həmçinin Azərbaycanla İran arasındakı siyasi, iqtisadi və mədəni əlaqələrdən bəhs etdi.
Çıxışını Ş.Mustafayevə minnətdarlıqla bitirən Seyid Cəfər Ağayi Mərian sözü Azərbaycan Baş nazirinin birinci müavini Şahin Mustayevə verdi. Cənab Ş.Mustafayev İran İslam İnqilabının ildönümü münasibətilə müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Mərianı təbrik etdi. Şahin Mustafayev Azərbaycanla İran arasındakı iqtisadi və mədəni əlaqələrin müasir mərhələsindən danışaraq bu əlaqələrin daha da möhkəmlənməsinin vacibliyini vurğuladı.
Mərasimin rəsmi hissəsindən sonra İranın mədəniyyət işçilərinin Azərbaycanı və hər iki ölkəni tərənnüm edən mahnı və rəqsləri alqışlarla qarşılandı.
"Təzadlar"