Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın ABŞ-a səfəri lazımsız xərclər istisna olmaqla, Ermənistan Respublikası üçün heç bir nəticə daşımır.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Ermənistanın müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan öz Facebook səhifəsində Ermənistan hökumətinin başçısı ilə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Vaşinqtonda keçirilən görüşünü şərh edərkən yazıb.

 “Bu görüş ABŞ-ın vitse-prezidentinin həyatında bəlkə də ən əhəmiyyətsiz hadisələrdən biridir. Çoxlu xahişdən sonra o, Nikol Paşinyanla 7-8 dəqiqə davam edən nəzakətli görüş keçirdi. Görüşə o qədər az əhəmiyyət verilib ki, sosial mediada aktiv olan ABŞ vitse-prezidentinin ofisi hələ də bu barədə məlumat dərc etməyib”, – Zakaryan vurğulayıb.

 O, bildirib ki, görüş zamanı ciddi heç nə müzakirə olunmayıb.

“Bəs necə ola bilər ki, insan tələsik, az qala ayaqüstə və lazımi protokol olmadan mühüm məsələləri müzakirə etsin? Komandasını aldatmaq və ya sakitləşdirmək üçün Nikol Paşinyana foto lazım idi. Onun ABŞ-a səfəri Ermənistan Respublikası üçün lazımsız xərclərdən başqa heç bir nəticə vermir. Elə onun (Paşinyan -red) üçün də”, -deyə sabiq nazir müavini qeyd edib.

 Qeyd edək ki, Ermənistan baş nazirinin mətbuat xidməti Nikol Paşinyanın ABŞ-da işgüzar səfərdə olduğu barədə məlumat yayıb. Onun Vaşinqtonda - Ağ Evdə ABŞ-ın vitse-prezidenti Ceyms Venslə görüşdüyü, eyni zamanda dini etiqad azadlığı ilə bağlı beynəlxalq sammitdə  və “Milli duaetmə - səhər yeməyində” iştirak etdiyi bildirilib.

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN