Nyu York Post-un yazdığına görə, Nyu-Yorkun Tayms meydanında Portuqaliya və Səudiyyə Ərəbistanı millisinin - "Əl-Nəsra" klubunun hücumçusu Kriştiano Ronaldonun 40 illik yubileyi münasibətilə heykəli ucaldılıb.
Ronaldonun heykəli Portuqaliya millisinin formasında təqdim olunub. Məlum olduğu kimi, fevralın 5-də Səudiyyə Ərəbistanının "Əl-Nəsra" klubunun və Portuqaliya millisinin kapitanı ad gününü qeyd edib, onun 40 yaşı tamam olub. Tayms meydanında hücumçunun yaşıl, qırmızı və qızılı rənglərə boyanmış 12 fut hündürlüyündə bürünc heykəli ucaldılıb.
TEZADLAR.AZ xəbər verir ki, əsərin müəllifi qeyd edib ki, o, Ronaldonu təkcə bir idmançı kimi deyil, həm də dünyada milyardlarla insanı ruhlandıran mədəniyyət simvolu kimi əbədiləşdirmək istəyib.
Qeyd olunur ki, heykəlin açılışına gələn azarkeşlər məşhur futbolçunun “Siu” bayram şüarlarını səsləndiriblər.
Xatırladaq ki, Ronaldo karyerasının böyük hissəsini 2009-2018-ci illərdə “Real Madrid”də keçirib.
Komanda ilə birlikdə iki dəfə İspaniya çempionu olub, iki dəfə ölkə kubokunun qalibi olub, həmçinin dörd dəfə Çempionlar Liqasının qalibi olub.
2023-cü ilin yanvarında Ronaldo ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına köçdü və “Əl-Nəsra” komandasının hücumçusu oldu.
Ronaldo, həmçinin 5 dəfə “Qızıl top”u qazanıb. Portuqaliya millisi ilə futbolçu 2016-cı ildə Avropa çempionatının, eləcə də Millətlər Liqasının (2018/19) qalibi olub.
Daha əvvəl məlum olub ki, portuqaliyalı hücumçu Kriştianu Ronaldon hazırkı maaşını saxlamaqla Səudiyyə Ərəbistanının “Əl-Nəsra” klubu ilə yeni müqavilə imzalayacaq. Yənu bu klubla əməkaşlığını davam etdirəcək.
JASMİN