Özbəkistan və İsveçrə 2016-cı ildə vəfat edən Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın müsadirə olunmuş aktivlərinin qaytarılmasına dair razılığa gəlib.

 TEZADLAR.AZ xəbər verir ki, bu barədə Özbəkistan Ədliyyə Nazirliyinin Telegram kanalında məlumat verilib.

Belə ki fevralın 6-da Özbəkistanın ədliyyə naziri Əkbər Toşkulov və İsveçrənin Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Konstantin Obolenski “Müsadirə edilmiş əmlakın bölüşdürülməsi haqqında Saziş”i imzalayıblar.

 Bu müqavilə çərçivəsində İsveçrə 182 milyon dolları qaytaracaq.

 Ədliyyə Nazirliyinin məlumatına görə, bu vəsait 2012-ci ildə Gülnarə Kərimovaya qarşı İsveçrə Baş Prokurorluğu tərəfindən qaldırılmış cinayət işi çərçivəsində müsadirə edilib. Bütün aktivlər BMT-nin himayəsi altında fəaliyyət göstərən “Uzbekistan Vision 2030 Multi-Partner Trast Fund” vasitəsilə səhiyyə və təhsil sahələrindəki layihələrə yönəldiləcək.

 Qeyd edək ki, 2020-ci ildə Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova mənimsəmə və vergidən yayınma ittihamı ilə 13 il həbs cəzası alıb. O zaman İsveçrə Özbəkistana 131 milyon dollar qaytarıb.

  Özbəkistanın “Gazeta.uz” nəşrinin məlumatına görə, Avropa ölkələrində Kərimovaya məxsus aktivlərin ümumi məbləği təxminən 1,4 milyard dollar qiymətləndirilir.

 Xatırladaq ki, Özbəkistanın ilk və eks prezidenti İslm Kərimov 1991-ci ildən 1916-cı ilədək ölkəyə rəhbərlik edib. 

 

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN