Medianın İnkişafı Agentliyinin beynəlxalq təsisatlarla əlaqələrinin daha da genişlənməsi qurumun artan nüfuzunun göstəricisidir... Belə ki, Avropa Şurasının Azərbaycan Respublikasındakı Ofisinin rəhbəri, səfir Zoltan Hernyeş bu gün Medianın İnkişafı Agentliyində olub.
Agentliyin İcraçı direktoru Əhməd İsmayılov qonaqlara ölkədə media islahatlarının gedişi və “Media haqqında qanun” barəsində məlumat verib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu bir daha onu göstərir ki, Avropa Şurası Medianın İnkişafı Agentliyinin fəaliyyətini diqqətlə izləyir və əməkdaşlıqda maraqlıdır.
A.Məmmədli