Rus qoşunlarının Kiyevi ələ keçirmək planı artıq sirr deyil...
Bu arada Prezident Vladimir Zelenski ümumi səfərbərlik haqqında fərman imzalayıb. Səfərbərlik bu fərmanın qüvvəyə mindiyi tarixdən bütün Ukrayna ərazisində 90 gün ərzində həyata keçirilməlidir. "Səfərbərlik Vinnitsa, Volın, Dnepropetrovsk, Donetsk, Jitomir, Zakarpat, Zaporojye, İvano-Frankivsk, Kiyev, Kirovoqrad, Luqansk, Lvov, Nikolayev, Odessa, Poltava, Rivne, Sumi, Ternopol, Xark ərazilərində aparılacaq. Xerson, Xmelnitski, Çerkassı, Çernivtsi, Çerniqov vilayətləri, Kiyev şəhəri də daxil.”, - sənəddə deyilir.
Hərbi qulluqçuların, ehtiyatda olan hərbi qulluqçuların çağırışı və hərbi birləşmələrin ehtiyaclarının ödənilməsi üçün nəqliyyat vasitələrinin cəlb edilməsinin səfərbərlik planlarına uyğun olaraq müəyyən edilmiş həcmdə həyata keçirilməsi tapşırılıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına ümumi səfərbərlik dövrü ərzində çağırışçıların, ehtiyatda olanların və xalq təsərrüfatının nəqliyyat vasitələrinin sırasını və həcmini müəyyən etmək tapşırılıb. Nazirlər Kabinetinə ümumi səfərbərliyin elan edilməsi və keçirilməsi ilə bağlı maliyyələşməni təmin etmək və səlahiyyətləri daxilində digər tədbirlər görmək tapşırılıb.
Ukrayna ərazisində şiddətli döyüşlər isə davam edir.
A.Məmmədli