Ruslar artıq Kiyevdə: hökumət binaları yaxınlığında atışma gedir...
Bu dəqiqələrdə Kiyevin hökumət binaları yerləşən hissəsində atəş səsləri eşidilir. “Associated Press” agentliyi bu barədə bildirir. Habelə Ukrayna ordusunun formasını geyinmiş Rusiya diversantları şəhərin Oboloni rayonuna sızıblar və orada yaşayış evlərinə atəş açırlar. Habelə sosial şəbəkələrdə yayılan kadrlara əsasən küçələrdə üzərində tanınma nişanı olmayan Rusiya hərbi texnikası da gözə dəyir. Onlardan biri yolda hərəkət edərkən qəfil dönərək qarşı zolaqda gedən mülki avtomobili tapdalayıb. Habelə yaşayış rayonlarında Rusiya tankları qeydə alınıb, bir çox hallarda Rusiya texnikası yaşayış binalarının həyətinə daxil olub. Habelə tankdan yaşayış binasına atəş açılması faktı qeydə alınıb. Bildirilir ki, Ukrayna ordusunun formasında olan həmin diversantların bir qrupu artıq məhv edilib.