Türkiyənin Antalya şəhərində Türkiyənin təşkil etdiyi diplomatik forum çərçivəsində Ukrayna-Rusiya danışıqları başlayıb...

Görüşü Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko açıq elan edib. Tərəfləri Rusiyanın və Ukraynanın xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kuleba təmsil edir. Danışıqlar vasitəçi rolunda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə keçirilir. "Rusiyanın Ukraynaya təcavüzünün dayandırılması ilə bağlı xarici işlər nazirləri arasında görüş Antalyada başlayıb", - deyə Nikolenko bildirib.
Görüşdən sonra birgə bəyanatın elan edilib-edilməyəcəyi hələlik məlum deyil - Rusiya tərəfi bunu təsdiqləmir. Bununla belə, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri özü mətbuat konfransı keçirməyi planlaşdırır və burada danışıqların gedişi barədə danışacaq.

Dünya görüşün nəticələrini diqqətlə izləyir. Rusiyanın bu görüşdə hansı şərtlərlə çıxış etdiyi az sonra bilinəcək.

*** 

Saat: 14:28

Antalyada Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kulebanın görüşü başa çatıb. Bildirilir ki, danışıqlar Diplomatik Forum çərçivəsində baş tutub və saat yarımdan çox davam edib. Görüşün nəticəsi hələki rəsmən açıqlanmır...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN