Rus hərbçiləri Zaporojye vilayətində Dneprudnı şəhərinin meri Yevgeni Matveyevi də oğurlayıblar...
"Təzadlar" Ukrayna KİV-lərinə itinadla bildirir ki, bu barədə Zaporojye Regional Dövlət Administrasiyasının rəhbəri Oleksandr Starux video-müraciətində deyib: "Müharibə cinayətləri sistemli xarakter alır. Dneprorudnı şəhərinin meri Yevgeni Sergeyeviç Matveyev qaçırılıb".
Xatırladaq ki, Dneprudne Zaporojye vilayətinin Vasilyevski rayonunda şəhərdir. Bu, Zaporojye vilayətində bələdiyyə sədrinin ikinci oğurlanmasıdır.
Martın 11-də rus hərbçiləri ələ keçirilən Melitopolun meri İvan Fedorovu oğurlayıblar. Bundan sonra “Müxalifət bloku”ndan olan deputat Qalina Danilçenko Melitopola rəhbərlik edəcək xalq deputatları komitəsi yaradıldığını bəyan edib.

Ukraynada isə hələki şiddətli döyüşlər getməsə də, Rusiya hərbçiləri bəzi şəhərləri aramla raket atəşinə tutur.
A.Məmmədli