Rusiya ordusunun da yetərincə itki verdiyi açıqlanmaqdadır. Baxmayaraq ki, Rusiya mediası bu barədə bəzi məlumatları gizli saxlayır. Amma fakt ortadadır: belə ki, Ukrayna Daxili İşlər Nazirliyinin “Azov” xüsusi təyinatlı alayı öz rəsmi Telegram kanalında Rusiya Federasiyası ordusunun general-mayorunun məhv edildiyini açıqlayıb. Bu barədə Ukraynanın digər sosial media şəbəkələri də məlumat paylaşıb. "Azov"un məlumatı diqqəti çəkir: "İşğalçı qoşunların general-mayoru məhv edildi! Kim bizə qılıncla gəlsə, qılıncdan öləcək!". Telegram-da məhv edilən generalın ölmüş halda fotosu da yayılıb.
Sevinc MURADXANLI