“Rusiya prezidenti Vladimir Putin heç vaxt Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən imtina etməyib, ancaq konkret yazılı sənəd hazırlandıqdan sonra növbə ona çatacaq”.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İnterfax-a deyib. Sitat: “Putin heç vaxt belə görüşdən imtina etməyib və belə bir görüş, bəli, hipotetik olaraq mümkündür, lakin bunun baş tutması üçün iki nümayəndə heyətinin işinin dərinliklərində konkret sənədin yetişməsi lazımdır. İdeyalar toplusu deyil, konkret yazılı sənəd. Sonra belə bir görüşün növbəsi gələcək”. O, “Minsk razılaşmaları üzrə 7 illik təcrübənin olduğunu nəzərə alaraq, bu sənədin həyata keçiriləcəyinə inam varmı” sualına cavabında deyib: “Bizim bu təcrübəmiz var, onu xatırlayırıq, çox yaxşı xatırlayırıq və buna uyğun hərəkət edirik. Əminəm ki, hərbi əməliyyatımızın məqsədləri tam şəkildə həyata keçiriləcək. Ümid edirəm ki, Rusiya-Ukrayna danışıqları baxımından aparılan gərgin səylər nəticəsində biz də müəyyən sənədin imzalanmasına gələcəyik və bu, vəziyyətin normallaşması istiqamətində mühüm addım olacaq”.
Bununla belə, Rusiyanın hərbi kontingenti Ukraynanın işğal edilən ərazilərində döyüş əməliyyatlarını davam etdirir...
A.Məmmədli