Rusiya Ermənistana buğda tədarükünü artırmaqda maraqlıdır. Məlumat Rusiya Federasiyasının kənd təsərrüfatı naziri Oksana Lutun Ermənistana işgüzar səfəri zamanı açıqlanıb.
Tezadlar.az bildirir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Lut Ermənistan baş nazirinin müavini Mher Qriqoryan və iqtisadiyyat naziri Gevorq Papoyanla danışıqlar aparıb.
Görüşlər zamanı tərəflər ölkələr arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin durmadan artdığını vurğulayıblar. Bundan başqa, Rusiya İrəvana ərzaq tədarükünü artırmaqda maraqlıdır.
Xüsusilə, bu, buğda, qənnadı məmulatları, günəbaxan yağı, qarğıdalı, marqarin və şəkərə aiddir.
Rusiya Ermənistana baytarlıq preparatlarının tədarükünü də artırmaq niyyətindədir.
Əvvəllər bildirilirdi ki, Rusiya daxili bazarda tələbatı ödəmək üçün dost ölkələrdən kartof idxal edir. Müvafiq bəyanatla Rusiya hökumətinin sədr müavini Dmitri Patruşev çıxış edib.
E.ŞİRİNOV