Ukrayna hərbçiləri Rusiya hərbçilərinin ərazini tərk edərkən atıb getdikləri “Buk” zenit-raket kompleksini aşkar ediblər.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanlığı məlumat yayıb. “Bir qrup Ukrayna SOF və müqavimət hərəkatının döyüşçüləri bu tapıntıya rast gəldilər. Yaşayış məntəqələrindən birinin ərazisində xüsusi kəşfiyyat və axtarış-zərbə əməliyyatları zamanı əsgərlər Rusiyanın “Buk” hava hücumundan müdafiə sistemini aşkar ediblər. Tərk edilmiş zenit-raket kompleksi ilə yanaşı, rusların döyüş sursatı, silah və texnikanı gizlətdikləri anbar da var".
Fotosu və video görüntüləri yayımlanmış kompleks əsasən saz vəziyyətdədir. Amma niyə onu özləri ilə apara bilməyiblər? Məlumatda o da bildirilir ki, SOF əsgərləri bu qənimətə görə ruslara minnətdardırlar və onlara daha ciddi “təşəkkür” etmək üçün axtarışlarını davam etdirirlər.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN