Rusiyanın Ukraynaya qarşı məlum müharibəsində bəhanəsi NATO və Krım məsələsi idi.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, Zelenski isə dünən bəyan edib ki, Ukrayna bu bəhanəyə son qoya bilər, bir şərtlə ki, Rusiya işğal etdiyi ərazilərdən geri çəkilsin... Sitat: “Ukrayna Rusiya ilə NATO-ya üzv olmaqdan imtina məsələsini və Krımın statusunu müzakirə etməyə hazırdır, ancaq hərbi əməliyyatlar dayandırıldıqdan və Rusiya qoşunları Ukrayna ərazisindən çıxarıldıqdan sonra”. Zelenski əlavə edib: “Təhlükəsizlik zəmanətləri mövcuddur. Biz bunu istəyirik. NATO məsələsi var, danışaq. Krım məsələsi var, başa düşürük ki, atışma olmayandan sonra bu haqda danışaq. Bu normal bir addımdır. Məncə normaldır. Danışacağıq və qərar verməliyik. Amma atəş açılmayandan və hərbi texnika geri çəkiləndən sonra”.

Rusiyanın bu məsələyə hələki rəsmi cavab reaksiyası yoxdur. Əgər Rusiya cavab verməsə, deməli, elə həqiqətən də NATO və Krım bir bəhanə imiş, niyyət Ukrayna ərazilərini ələ keçirmək, orada Belorusdakı kimi özünə sərfəli hakimiyyət bərqərar etmək olub.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN