"Qadın yerində qıvrılır, başında dəlik var". Ukrayna Xüsusi Xidmət orqanları Rusiya vəhşiliyinə dair yeni sübutlar dərc edib...
Tezadlar.az bildirir ki, Ukrayna Təhlükəsizlik Xidməti işğalçıların mülki əhaliyə qarşı vəhşiliklərinə dair sübutları qeydə almağa davam edir. Bu barədə Ukrayna DTX tərəfindən ələ keçirilən başqa bir telefon danışığında deyilir... Sitat: "...Bax bu qəhrəman “LPR”dən gəlib, arvadına həmkarları tərəfindən ukraynalı bir qadının necə vəhşicəsinə qətlə yetirilməsini belə danışır: “... orada bir qadın qan içində uzanıb... başından vurulub, yerində eşələnir, gəbərib.... Başında çuxur var... Bir güllə də vurdu, qadın hələ də yerində qıvrılır, bir güllə də atdı, deyəsən öldü...".
Belə dəhşətli hallar mülki əhaliyə, özü də qadınlara qarşı hər addımda baş verir. Ukrayna KİV-ləri yazır ki, rus əsgərləri, sanki qoca-qadın, uşaqları güllələməkdən həzz alırlar... Sözün bitdiyi yer...
A.Məmmədli