“Ukrayna Rusiya ilə müharibəyə son qoymaq üçün ölkənin şərqindəki ərazilərdən imtina etmək niyyətində deyil”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində deyib.
“Donbasdakı döyüşlər bütün müharibənin taleyinə təsir göstərə bilər. Rusiyanın Donbasdan sonra Kiyevə hücum etməyəcəyinə dair heç bir zəmanət yoxdur. Mən Rusiya hərbçilərinə və Rusiya rəhbərliyinə inanmıram. Onların Donbası ələ keçirməsi, bundan sonra dayanacaqları demək deyil. Əksinə, bu halda Kiyevə daha çox yaxınlaşacaqlar”, - deyə o bildirib.