...9 may Faşizm üzərində Qələbənin yeni ildönümü yaxınlaşdıqca Rusiyanın siyasi rəhbərliyi daha da əsəbi hala gəlir...
Artıq Avropa ölkələrinin kəşfiyyat məlumatları tamamilə təsdiqləyir ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hücum planı var. Ona görə də ABŞ və Fransa prezidentləri Co Bayden və Emmanuel Makron Rusiyanın Ukraynaya yeni hücumu ilə bağlı digər dövlət başçıları ilə təcili görüş keçirəcək. Tezadlar.az bildirir ki, BFMTV-nin Yelisey sarayındakı mənbələrinə istinadla yaydığı məlumata görə, ABŞ bir neçə dövlətin başçılarına görüş çağırışı edib. Buraya Fransa, Almaniya, Böyük Britaniya, Kanada, İtaliya, Polşa, Rumıniya aiddir. Onlar Rusiyanın Ukraynaya yeni hücumu ilə bağlı qəti qərar müəyyənləşdirəcəklər. NATO-nun baş katibi Yens Stoltenberq, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Şarl Mişel də bu görüşdə iştirak edəcəklər. Məqsəd birgə qərar qəbul edərək Rusiyanın bütün cəhdlərini darmadağın etməkdir.
A.Məmmədli