Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 23-24-də Bakıda olacaq, prezident İ.Əliyev və xarici işlər naziri C.Bayramovla görüşəcək.
Bu barədə Rusiya KİV-ləri də yazıb. Ukrayna müharibəsi isə Rusiya liderlərini arzuolunmaz şəxslər kimi dünyaya tanıdıb. Belə ki, bir müddət öncə Balkanların üç slavyan ölkəsi bu dövlətlərin hava məkanına Lavrovun təyyarəsinin uçuşunu qadağan edib. Hətta o da sirr deyil ki, yalnız son ay ərzində Lavrovla Ukrayna taxılının ixracı ilə bağlı vasitəçilik edən Türkiyənin dövlət rəhbərləri görüşüblər, Bir də on gün əvvəl Lavrov Yerevanda olub. RF XİN rəhbərinin İrana səfəri də anons edilib, lakin vaxt müəyyənləşdirilməyib.
Beləliklə, Lavrovun belə narahat bir dönəmdə Bakıya səfəri diqqəti cəlb etməyə bilməz...
A.Məmmədli