"Bir nəfər oliqarxın istəyi və təvazökarlığı əsasında sabiq prezident Mixeil Saakaşvili bütün dünyanın gözü qarşısında ölür".

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Gürcüstanda səfərdə olan Polşa Seyiminin vitse-sədri Malqorzat Qoşievska bildirib. Polşa Seyminin rəsmisinin sözlərinə görə, həbsdə saxlanılan sabiq prezident Mixeil Saakaşvilini ziyarət etmək istəsə də ona icazə verilməyib. O əlavə edib ki, Avropa Parlamnetinin Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edilməsi barəsindəki çağırışlarını sonunadək dəstəkləyir. "Dünən müxalifət partiyalarının nümayəndələri ilə görüşdüm. Onların hər biri Gürcüstana namizəd ölkə statusunun verilməsini tam şəkildə dəstəkləyir. Bəyan etmək istəyirəm ki, bir oliqarxın təvazökarlığı, nifrət dili və Rusiya yönümlü əhval-ruhiyyəsinə görə bütün xalqı cəzalandırmaq olmaz. Buna görə də Avropa Parlamentinin Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edilməsinə çağırış barəsindəki qətnaməsini tam şəkildə dəstəkləyirəm".

O, əlavə edib: "Beynəlxalq həkimlərdən ibarət qrupun Mixeil Saakaşvilinin yanına buraxılmamasını, onun müalicə üçün aparılmaması təmamilə barbar bir davranışdır. Polşa beynəlxalq platformlarda bir neçə dəfə Saakaşvilini qəbul etməyə razılığını və hazır olduğunu bildirib. Bir nəfər oliqarxın istəyi və təvazökarlığı əsasında sabiq prezident Mixeil Saakaşvili bütün dünyanın gözü qarşısında ölür".

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN