Ötən gün Azərbaycandan olan qonaqların və Diasporla İş üzrə Dövlət Komitəsinin yüksək vəzifəli əməkdaşlarının iştirakı ilə “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının 15 illiyi şərəfinə daha bir möhtəşəm tədbir keçirilib.
Azərbaycanın yaxın dostu və təbliğatçısı, İsrailin «Sputnik» qəzetinin baş redaktoru, dəyərli Mark Qorin tədbirin keçirilməsi barədə «Təzadlar»a bunları bildirdi:
- Tədbir böyük uğurla keçirildi. Fəxri qonaqların çıxışları ilə yanaşı, geniş proqramda “Diasporun fəaliyyətində xidmətlərə görə” medalının təltif edilməsi, “Azərbaycanın İsraildə yaşayan yerliləri” kitabının təqdimatı oldu. Who is who” və İsrail opera müğənnisi (soprano) Kamelia İoffe və Tərlan Əliyevin iştirakı ilə bayram konserti tədbirə daha bir rəng qatdı.
-Cənab Mark Qorin, qonaqlar arasında kimlər var idi?
-Qonaqlar arasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, İsrailin Yokneam şəhərinin birinci vitse-meri Roman Peres, Ariel Universitetinin rektoru, professor Albert Pinxasov, Xalq artisti Dina Tumarkina, Azİs- İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman, “Azİz”in Qüds filialının rəhbəri Aleksandr Aqranovski, Rişon LeZion şəhər şurasının üzvü Mixail Raif, siyasi strateq Yuri Boçarov, həmçinin ictimai xadimlər və jurnalistlər iştirak edirdilər. Bütün bunlar onu deməyə əsas verir ki, İsrail-Azərbaycan dostluğu sarsılmazdır, tarixi kökləri vardır. Bizim də vəzifyəmiz bu ənənəni qorumaq, inkişaf etdirməkdir… (Sitat: "С большим успехом прошёл праздничный вечер, посвящённый 15-летию Международной ассоциации Израиль-Азербайджан «АзИз» в присутствии высокопоставленных гостей из Азербайджана и Государственного комитета по делам диаспоры. В обширной программе, кроме выступлений почётных гостей, прошло награждение медалью «За заслуги в деятельности диаспоры», презентация книги «Выходцы из Азербайджана в Израиле. Кто есть кто» и праздничный концерт с участием израильской оперой певицы (сопрано) Камелия Иоффе и Тарлана Алиева. Среди гостей: Председатель Государственного комитета по работе с диаспорой Фуад Мурадов, первый вице-мэр Йокнеама Роман Перес, ректор Ариэльского университета профессор Альберт Пинхасов, Народная артистка Дина Тумаркина, президент международной ассоциации Израиль-Азербайджан «АзИз» Лев Спивак, директор Азербайджанского Культурного Центра Егяна Сальман, руководитель Иерусалимского отделения «АзИз» Agranovsky Alexander, член горсовета Ришон леЦиона Михаил Райф, политтехнолог Юрий Бочаров, общественные деятели и журналисты").
JASMİN
P.S. Texniki səhv üzündən Yeganə Salmanın adı mətn rus dilindən Azərbaycan dilinə tərcümə edilərkən yalnış yazılışa səbəb olub. Bu səbəbdən Yeganə xanıma və oxuculara üzrxahlığımızı bildiririk.