Dövlət Təhlükəsizlik Xidmətinin Dövlət Gömrük Komitəsi sistemində rüşvət tüğyanına qarşı xüsusi əməliyyat keçirməsi barədə məlumat vermişdik... "Təzadlar"a daxil olan məlumatlara görə, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Dövlət Gömrük Komitəsinin “Abşeron” və “İpək Yolu” terminallarında xüsusi əməliyyat keçirib və bir neçə generalı saxlayıblar. Həbs edilən gömrük generallarından biri İqbal Alıcan oğlu Babayevdir. 7 avqust 1964-cü ildə Yardımlı rayonunda anadan olan gömrük xidməti general-mayoru Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini idi. Texnika elmləri doktoru, professor olan İqbal Babayev Kiyev Milli İnşaat və Memarlıq Universitetini bitirib. Bəs nədən qanunsuz əməllərə könül verib?
Maraq doğuran suallardan biri isə budur ki, əgər general rüşvət və korrupsiya müəllifi olubsa, görün onda sıravilər nə əmələ malik olub... Və ən böyük sual isə budur ki, doğrudanmı generalın korrupsiya və rüşvət əməlindən Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin xəbəri olmayıb??? Olmayıbsa, çox pis... Olubsa və susubsa, yüzqat pis...
Digər həbs edilənlərin adının yaxın saatlarda rəsmən açıqlanacağı bildirilir?
Əlavə məlumat veriləcək. Bizi izləyin...
A.Məmmədli