Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə müharibənin gərgin dönəmində Azərbaycanla bağlı maraqlı açıqlama verib...
“Bizim münasibətimiz çox yaxşı vəziyyətdədir. Razılaşdığımız hər şey yerinə yetirilir. Lakin ən vacibi planlarımızın, daha dəqiq desək, 2024-cü ilə qədər olan birgə planımızın (Rusiya-Azərbaycan əməkdaşlığı) həyata keçirilməsidir. Hər şey irəli gedir”, -deyən Putin əlavə edib ki, Azərbaycanla ticarət dövriyyəsi xeyli artıb. Sitat: “Ticarət dövriyyəsi artır. Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2021-ci ildə 16 faizdən çox, 2022-ci ilin ilk üç ayında isə təxminən 5,5 faiz artıb”.
Putin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana son səfərini də xatırladıb, bəzi məqamlara toxunub.
Bəli, təəssüf ki, Rusiya Ermənistanın 30 il ərzində torpaqlarımızın işğalda saxlamasına susdu, amma indi susmaq yox, ədalətli olmaq zamanıdır.
A.Məmmədli