Ukrayna rəsmi olaraq ABŞ prezidenti Donald Trampın administrasiyasına ölkənin mineral ehtiyatlarının payını təklif edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Politico” Ukraynanın energetika naziri Herman Qaluşenkonun məktubuna istinadən yazır.

“Qaluşenko bildirib ki, Ukrayna ABŞ-ın Ukraynanın enerji sektorunda strateji kommersiya payı yaratmaq üçün Tramp administrasiyası ilə işləməyə hazırdır”, – nəşr vurğulayır.

Nazir həmçinin qeyd edib ki, ölkənin neft, qaz, uran və digər təbii sərvətlər üzrə dünyanın ən böyük yataqlarından bəziləri var.

Xəbər verilir ki, Ukrayna Energetika Nazirliyinin rəhbəri vəzifəsinə rəsmi təsdiqindən bir neçə saat sonra ABŞ-ın energetika naziri Kris Raytın ona məktub göndərib. Ukrayna rəsmisi amerikalı həmkarına strateji tərəfdaşlığa görə təşəkkür edib və Ukraynanın kritik enerji infrastrukturunun 50 faizinin məhv edildiyini bildirib. Qaluşenkonun fikrincə, Tramp administrasiyasının Rusiya üzərində təsir rıçaqları əldə etməsi vacib olardı.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Trampın Ukraynada nadir torpaq metallarının çıxarılması ilə bağlı bəyanatına cavab verib. Onun sözlərinə görə, Kiyev silah tədarük edən tərəfdaşlar tərəfindən mineral ehtiyatların işlənməsinə açıqdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN