"Kanallardan qəlbim sındı.
Fikir versəniz görərsiniz ki, indi çox verilişə getmirəm. Çünki çətin günümdə hamısı məni vurdu. Bircə dövlət kanalı etmədi. Bütün özəllər reytinq üçün mənim problemimdən istifadə etdi".
TEZADLAR.AZ xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli aparıcı Lamiyə Ələkbərovanın "Səhər görüşləri" verilişində deyib. Müğənni keçmiş gəlini Canana ilə yaşadığı problemin efirdə nümayiş etdirilməsinə əsəbiləşdiyini bildirib.
M.İsgəndərli əlavə edib ki, buna görə aparıcılardan inciyib:
"Biri mənə dayaq olmadı ki, xalqın sənətkarıdır, sənət yolunda 30 ildir külüng döyüb. Nə vaxt çağırmışıq gəlib, yuxusuz, yorğun olmasına baxmayaraq... Bəzən yuxusuz olmuşam, çağırılmışam deyə özümü fəda etmişəm. Amma çətin günümdə heç kim dayaq olmadı. Kimin evində söz-söhbət olmur? Tanınmışam deyə yayıldı. Məni də Allah yaradıb, problemlərim var. Mənim də övladlarım var, anayam. Özümü düşünmürdüm, doğmalarım bilirsiniz necə əziyyət çəkirdilər? Atam oturub hönkür-hönkür ağlayırdı, dünyasını dəyişdi. Hər elə söhbət olanda qohumlarım əsəb keçirirdilər.
Niyə insanları vurur, çətin günündə istifadə edirlər. Leş qarağaları kimi problemin üstünə yığışdılar. Nə böyük problem oldu? İndi utanmaz-utanmaz həmin adamlar məni verilişə çağırır. Necə baxır gözümə? Heç xəcalət çəkirsən? Mətanət danışmır, amma bilir kim kimdir. Bu gün Lamiyənin verilişinə gəlmişəm, çünki o, reytinq üçün bunu etmədi. Başqasının bədbəxtliyi ilə reytinq qazanırsan? Deməli, sən yoxsan, yazıqsan".
Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim birinci həyat yoldaşı Canana ilə 2021-ci ilin oktyabrında rəsmi olaraq boşanıblar. 3 övlad anadan alınaraq, ataya verilmişdi. Canana daha sonra Apellyasiya Məhkəməsinə müraciət edərək övladlarının qəyyumluğunu ataları Kərimdən alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə birlikdə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var. Canana dəfələrlə verilişlərə gedərək, M.İsgəndərlidən şikayət edib, uşaqlarını görə bilmədiyini söyləyib. Hazırda isə o, müğənninin ona ev verdiyini və uşaqları ilə birlikdə orada qaldığını deyib.
axşam.az