Tanınmış telejurnalist, yazar, tərcüməçi İlqar Əlfioğlu sosial şəbəkə hesabında Əbdürrəhman Vəzirovun anas Tovuz xanım haqqında

 xatirə yazı paylaşıb. Həmin yazını təqdim edirik:

  “"Dalğa" zamanı  (“Dalğa” 1987-ci ildən 1991-ci ilə qədər AzTV kanalında yayımlanan  və çox geniş tamaşaçıı auditoriyasına malik olan veriliş idi - red, ), 1988- də  Ermənistandan qaçqınlarımız gələndə, o söhbətlərdən qəfil ürəyim tutdu, işdən altı aylıq aralandım. O vaxt verilişlərimi rəhmetlik Nüsrət Kəsəmənli apardı, ruhu şad olsun.

Təcili yardım öz arzumla apardı məni respublika xəstəxanasına, xalam Zümrüd orda işləyirdi, onun şöbəsində yatdım. Ertəsi gün “qlavvraç” gəldi ki, ay İlqar, mənə “leçkomissiya”dan (hökümət üzvlərinə baxan xüsusi xəstəxana) zəng vurublar, Tovuz xanım orda yatır, sənin üçün də, ayrıca palata hazırlatdırıb, tapşırıb ki, İlqarı gətirin bura, müalicəsindən arxayın olaq, dur yığış.

Dedim ay ağsaqqal, Tovuz xanim kimdi, məni neynəyir?

Dedi ki, tanımırsan, Vəzirovun anasıdır da, orda yatır, getməsən, yaxşı deyil. Nə isə, xalamın yanından hara gedəcəkdim, hərifəm? Amma kişiyə dedim ki, palatasının telefonunu versinlər, özü ilə danışım, üzrxahlıq eləyim, saymazlıq olmasın...

Axşam telefon nömrəsini gətirdi, zəng vurdum rəhmətliyə. Xeylu dilə tutdum ki, ay Tovuz xala, vallah mənə bura yaxşıdı, xalamın yanındayam, üzrlu say, Allah qoysa, düzəlim, gəlib deyəcəm sənə.

Nə isə, yola gətirdim, incimədi. Amma o vaxtdan sonra bir ay intensiv müaliçə aldım, Tovuz xala da, iki-üç dəfə mer-meyvə, xarici dərmanlar göndərdi mənə...

Nə isə, özünün də, oğlunun da ruhu şad olsun, yaxşı, həssas ağbirçək idi Tovuz xala...

Sönra, başım yenə qarışdı işə, bir də, onun yasına gedə bildim. Vəzirov onda Moskvada idi, yasda görüşdük.

Özü mağarda deyildi, məni çağırtdırdı yuxarı, evlərinə, xeyli söhbət elədik rəhmətliklə...

Nə isə ...

Dünya pəncərədir də, hər kəs boylanıb keçır...

***

Xatırladaq ki,  Əbdürrəhman Vəzirov 1930-cu ildə  Bakıda  anadan olub. Əslən Şuşalıdır.

O, SSRİ-nin Nepalda (1979-1985) və Pakistanda (1985-1988) fövqəladə və səlahiyyətli səfiri olub.  1988-1990-cı illərdə Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi olub.  

Vəzirov yanvarın 10-da  Moskvada müalicə aldığı xəstəxanada 92 yaşında dünyasını dəyişib. Vəsiyyətinə əsasən Moskva şəhərinin Troekurov  qəbiristanlığında, həyat yoldaşı İrinanın məzarının yanında torpağa tapşırılıb…

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN