Ukrayna fəxri adlarla təltif etdiyi bəzi sənət adamlarından bu adları geri alacaq

Ukrayna Ali Radasının humanitar məsələlər və informasiya siyasəti Komitəsi Nikolay Baskovun, Vladimir Bortkonun, Vasili Qorellanın, Filipp Kirkorovun, İqor Krutoyun, Karolina Kuekin (Ani Lorak), Svetlana Lobodanın və Taisiya Povaliyin dövlət mükafatlarından - “Ukraynanın xalq artisti” və “Ukraynanın əməkdar artisti” fəxri adlarından məhrum edilməsi ilə bağlı prezident Volodimir Zelenskiyə müraciət edib.

 Bu barədə komitənin informasiya siyasəti üzrə alt komitəsinin sədri, deputat Yevgeniya Kravçuk Facebook səhifəsində məlumat verib.

 Kravçukun sözlərinə görə, Ukraynanın əsl mədəniyyət xadimlərinin dövlətə dəstək olmaq üçün əlindən gələni etdiyi bir vaxtda ( hətta çoxlu sayda sənət adamları USQ-ə qoşulublar), bəziləri öz ləyaqətini qanlı rubllara satmaqda davam edir, müharibəni inkar edir və ya susaraq Ukraynaya qarşı təcavüzü dəstəkləyirlər.

“Bu adamların Ukraynada nəinki insan səviyyəsində, hətta rəsmi şəkildə fəxri heç nəyi olmayacaq”, - deyə o, vurğulayıb.

Xatırladaq ki, Ukraynaya qoşun yeridilməzdən bir neçə gün öncə Rusiya Prezidenti Vladimir Putin “LXR” və “DXR”-ni tanıyan fərmanlar imzaladı.

İki gün sonra - fevralın 24-ü Moskva vaxtı ilə səhər saat 5:30-da Vladimir Putin  Ukraynada “xüsusi əməliyyat”ın başladığını elan etdi. Və qeyd etdi ki, RF “Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcək”.

Qeyd edək ki,bu gün Rusiyanın Ukraynaya hücumunun 26-ci günüdü.

İndiyədək tərəflər 4 dəfə bir araya gəlsələr də, Ukrayna Rusiyanın bəzi şərtlərini qəbuledilməz hesab edib.

Rusiya isə qoşunlarını geri çəkməkdən imtina edir. Bu dəhşətli müharibəyə görə Ukraynada hər gün günahsız insanlar həyatını itirir, şəhərlər, kəndlər dağıdılır, ölkəyə milyardlarla dollar zərər dəyib...

3 milyondan artıq Ukrayna vətəndaşı isə vətənindən didərgin düşərək qonşu ölkələrə köç etməyə məcbur olublar. Müharibə isə can almaqda davam edir... 

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN