...2-3 yaşlı uşağa da Novruz Bayramının simvolu olan Keçəli göstərsələr, dərhal Bahara, Şaxta babanı göstərsələr isə Yeni ili xatırlayacaq...
Sosil şəbəkələrdə isə Cəlilabad Rayon İcra Hakimiyyətinin Novruz bayramı münasibətilə təşkil etdiyi tədbirdə çəkilən fotoşəkillər geniş müzakirələrə səbəb olub. İddia olunur ki, rayonda Novruz şənliyində Şaxta baba da iştirak edib. Şəkildən görünür ki, mavi geyimli və ağ saç-saqqalı olan personaj tonqal ətrafında dövrə vurur, keçəlin əlindən tutaraq rəqs edir. Tədbirə icra başçısı Rafiq Cəlilov da qatılıb. Hətta iddia olunur ki, mərasimə Şaxta babanın çağırılması onun ideyasıdır. Lakin sonradan RİH rəsmiləri Şaxta baba hesab edilənin guya Dədə Qorqud olduğunu deyiblər.
Lakin fotoşəkillərə baxanda Dədə Qorqud deyilən ağ saqqalının daha çox Şaxta baba olduğu aydın görünür. Yəni, ən azından tarixdən bizə məlum olan Dədə Qorqud deyil...
A.Məmmədli