Sosial şəbəkələrdən məlum olur ki, müğənni Rəqsanə İsmayılovanın əri Fazil Əmiraslanov 100 nəfərlik tutumlu Rusiya istehsalı olan təyyarə alıb.

P.S. İşimiz var də, mən ölüm. İndi bizim şou əhli də, bəhsə-bəhsə düşüb başlayacaqlar bir-birinin ardınca təyyarə almağa. Yerdə maşın tıxaclarından qurtarmamış, indi də göydə təyyarə tıxacına düşəcəyik deyəsən.

***

Saytların yazdığına görə, vaxtilə “Get hoppan” mahnısı ilə gündəmə gələn Mina Hüseyn ailə həyatı qurub.

P.S. Neynək, Allah xoşbəxt eləsin. Amma bu şou əhlinin ipinin üstünə odun yığmaq olmaz. Bir də gördün, Mina xanımın kefi durdu və başladı ərinə xoş gəlmək üçün “Get hoppan” mahnısını oxumağa. Bu sözdən sonra hansı kişi belə xanımla bir yerdə yaşamaq istəyər? Əlbəttə, heç kim! İndi oturub gözləyirik, görək bu, Allah xasiyyətini kəsmiş Mina xanım nə vaxt “Get hoppan” mahnısını oxuyacaq?

***

Azərbaycanın Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinin Fərrux yüksəkliyi ilə bağlı 26 mart 2022-ci ildə verdiyi cəfəngiyyat dolu açıqlmasına çox sanballı cavab verib: “Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Bu ifadə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir”.

Onu da nəzərə alaq ki, bütün Rusiya rəsmiləri Xankəndinə hələ də “Stepanakert” deyirlər.

P.S. Biz də Rusiyanın Samara şəhərinə Kuybışev, Volqaqrada Stalinqrad, Sankt-Peterburqa Leninqrad desək, görəsən rusların xoşuna gələrmi? Əlbəttə, yox! Bəs niyə? Ona görə ki, bizdə Hafiz Hacıyev İsa Qəmbərə İsa Qəmbərov, Əli Kərimə Əli Kərimov deməklə acıq çıxdığı kimi, Rusiya rəsmiləri də Azərbaycanın Qarabağdakı qələbəsini həzm edə bilmədiyindən, “Dağlıq Qarabağ”, “Stepanakert” ifadələrini işlətməklə guya bizə qıcıq verirlər. Biz isə deyirik, “it hürər, karvan keçər”. Azərbaycan Ordusu da Qarabağda erməniləri əzib keçər və Xocalıya, Xankəndinə çatar.

***

Məlumata görə, soyuqdan tir-tir əsən, Xankəndində yaşayan separatçı ermənilərə martın 28-dən “Azəriqaz” İB qaz verir. Bu, o deməkdir ki, “səni sevəcəyəm, sən sevməsən də”. Yəni, bu qaniçən ermənilər hələ qazı olmaya-olmaya biz deyəni demirdi, indi görün qazı alıb, qızışandan sonra atəşkəsin pozulmasını necə sürətləndirəcək? Azərbacan Ordusunun mövqelərinə atılan güllələrin sayını bir az da artıracaq. Canlı itkilərimizin sayı bir az da çoxalacaq.

P.S. Əvvəla, bilmək lazımdır ki, bizim qaz ermənilərə hansı şərt daxilində verilib? İkincisi, bu daşnaklar bizim bayrağımızın altında və bizim qanunlarla yaşamaq istəyirlərsə, bu, başqa məsələ. Onda istəyirlər özlərini bizim qazda lap alışdırıb yandırsınlar. Amma gedişat göstərir ki, erməni dığaları heç bir qanun-qayda tanımırlar. Belə olan halda, onların qazını kəsmək yox e, belə lap nəfəslərini kəsmək lazımdır ki, papalarının Rusiya yox, Azərbaycan olduğunu anlaya bilsinlər.

***

Siyasi ekspert Rövşən Rəsulov Qarabağdakı erməni silahlı dəstələrinin çıxarılmasından danışarkən, bir qəzetə verdiyi müsahibədə belə deyib: “Azərbaycan Ordusu dinc erməniləri yox, silahlı erməniləri Qarabağdan qovur”.

P.S. Rövşən bəy, bu, siyasi baxımdan əlbəttə, düzgün addımdır. Amma o silahlı erməniləri yedizdirən, içizdirən, yatacaq və sığınacaq verən isə o dinc ermənilər deyilmi? Görüm onları elə dinc ilan vursun. Ona görə deyirlər də, “ilanın ağına da lənət, qarasına da”. Bu səbəbdən də, silahlı, silahsız ermənilərin hamısı rədd olub  Qarabağ torpağından birdəfəlik getməlidirlər. Ermənisiz Qarabağ uğrunda axıra qədər getməliyik.

***

Mətbuatdan məlum olur ki, Hindistan buğda məsələsində Azərbaycan üçün Rusiyanı əvəz etməyə hazırdır.

P.S. Afərin, Hindistan! Bax buna deyərlər “Kral öldü, yaşasın kral”.

***

Xəbər verilir ki, Naxçıvanın Babək rayonunun Nehrəm kəndindəki 3 saylı orta məktəbin təmir zamanı bir hissəsi çöküb. Nəticədə 4 nəfər həlak olub və bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

P.S. Allah ölənlərə rəhmət eləsin. Yaralılar tezliklə sağalıb, evlərinə qayıtsın. Amma Nehrəm məktəbinin çökməsi Dövlət Gömrük Komitəsinin (DGK) də çökməsi deməkdir. Nəzərə alsaq ki, DGK-nın rəhbərindən, müavinlərindən, şöbə müdirlərindən tutmuş ta sıravi işçiləri də daxil olmaqla, 90 faizi Nehrəmlidir, onda bu qurumun Nehrəm məktəbinin çökməsi ilə kadrsız qalacağı təhlükəsi var. İnanırıq ki, DGK-da işləyən 90 faiz Nehrəmlilər təcili surətdə Nehrəmdəki çökmüş 3 saylı orta məktəbi tezliklə yenidən tikib, istifadəyə verəcəklər ki, Gömrük Komitəsinin kadrsız qalıb, tam çökməsinin qarşısı alınsın.

***

Müğənni Şəbnəm Tovuzlu “Galendewagen” markalı avtomobilini satışa çıxardığını bildirərək deyib: “Şükürlər olsun, özüm də qazanıram, həyat yoldaşım da mənə kömək edir. Bu avtomobilin ən son qara rəngini alacam. Bu, indi sürdüyüm 70-75 min manatdır. Amma son modeli 200 min manatadır.

P.S Hə, deyəsən indiyə qədər bir manatlıq sənəti olmasa da, 75 min manatlıq maşını olan  Şəbnəm xanımın sənəti və dəyəri artacaq. Ola bilər 75 min manatlıq maşın Şəbnəmin potensialını tam aça bilmirdi. İndi ən son model olan 200 min manatlıq “Galendewagen” maşını Şəbnəmin olmayan səsini, sənətini cilalayacaq və bir sənətkar kimi sayılmasa da, bahalı maşına görə sayılacaq. Əlbəttə, sənətkarın bir şou əhli kimi sənəti olmasa da olar, bahalı maşın isə, mütləq olmalıdır. 

***

Məlumatlara görə, Amerikalı müğənni xanım Keti Perri (yəni bizim dildə Pəri xanım) səhnədə mahnı oxuyub, rəqs edərkən şalvarı arxadan cırılıb. Elə səhnədəcə şalvarının cırılmış həmin hissəsini sarı rəngli “skoçla” yapışdırıblar.

P.S. Axı nə olsun? Bizdə hər səhər və axşam avtobuslardakı basabasda adamın şalvarını da çıxardırlar, hələ bir ayaqqabısını da. Amma biz bunu reklam etmirik. Bu Pəri xanımın isə, təkcə şalvarı cırılıb, bunu da hay-küy salaraq reklam edirlər. Bu amerikalılar nə düşükdürlər e, mən ölüm.

***

Üçü birində, bəstəkar, müğənni, şairə və hər üçündən də alayarımçıq olan Elza Seyidcahan illərlə küsülü olduğu Nazpəri Dostaliyeva ilə barışmaq istədiyini bildirib.

P.S. Mən inanmıram ki, Nazpəri xanım bu barışıq təklifini qəbul etsin. Çünki illərdi başı, qulağı, gözü Elzanın gic-gici şeirlərini eşidib-görmədiyindən, dinclik, rahatlıq tapıb. Hansı ağlı başında olan adam belə rahatlığından, dincliyindən əl çəkər?

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN