AMEA-nın Gəncə Bölməsində “Qarabağ ədəbi-mədəni mühiti yeni baxış müstəvisində” mövzusunda respublika konfransı  keçirilib.

Science.gov.az-a istinadən məlumata görə, Gəncə şəhər İcra Hakimiyyəti ilə birlikdə keçirilən konfransda şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, alimlər və gənc tədqiqatçılar iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar ümummili lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.                                                                                        

Konfransı giriş sözü ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov açaraq qeyd edib ki, 2022-ci ilin “Şuşa ili” elan olunması həm Şuşanın, həm də bütünlükdə Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr verəcək. Niyazi Bayramov vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ərəfəsində bu cür elmi-praktik konfransın təşkil edilməsi olduqca əhəmiyyətli hadisədir. Belə konfransların Qarabağın tarixi və mədəni baxımdan daha dərindən öyrənilməsinə və dünyada tanıdılmasına təkan olacağını qeyd edən icra başçısı konfransın işinə uğurlar arzulayıb.                                                                

Sonra AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev çıxış edərək qeyd edib ki, “Şuşa ili” çərçivəsində Bölmə tərəfindən üçüncü konfrans təşkil olunur. Akademik bildirib ki, konfrans çox dəyərli mövzuya həsr olunub, çünki dövlət başçısının Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan olunması Şuşanın yenidən inkişafına istiqamətlənib və Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, ədəbiyyatının, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliğinə sanballı töhfələr verəcək.                            

Konfransda Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, professor Həsənbala Sadıqov “Azərbaycanda Vətən müharibəsində Zəfər ruhunu əbədiyyətə qədər qorumalıyıq”, AMEA-nın  akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya və Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri  institutlarının  elmi işçiləri Elmir Babayev və Yetər Babaşova “Qarabağ xalçaları və boyaqçılq”, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk Xalqları Ədəbiyyatı şöbəsinin doktorantı, filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova “Qarabağ - Qədim Azərbaycan yurdu”, Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, professor Xəlil Yusifli “Qarabağ ədəbi-mədəni mühiti”, Şirvan şəhər 16 nömrəli məktəbin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Şəhla Məcidova “İlyas Əfəndiyevin “Geriyə baxma, qoca” romanında Qarabağ elatının məişəti”, Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Qarabağ Azərbaycandır nidasından Şuşa ilinə”, Azərbaycan Milli Xalça Muzeyinin əməkdaşı Mahiyyə Kərimova “Şuşanın XVIII-XIX əsr memarlıq abidələri”  və digər mövzularda məruzələr dinlənilib.

Konfransdan sonra iştirakçılar proqrama uyğun olaraq Gəncədə Ermənistan silahlı birləşmələrinin raket atəşinə məruz qalan ərazini, Heydər Əliyev Park-Kompleksini, İmamzadə dini ziyarətgahı və Nizami Gəncəvi Məqbərəsini ziyarət ediblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN