"Ermənistan silahlı qüvvələrinin 30 illik işğalı və qəsdən törətdiyi dağıntılardan sonra Şuşa şəhərinə həyat yenidən qayıdıb. Göz yaşları və dünya musiqiçilərinin iştirakı ilə V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı başlayıb".

Bu fikirlər dünyaşöhrətli fotoqraf Reza Deqatinin Şuşadan çəkdiyi videopaylaşımda yer alıb.

“30 il əvvəl Qarabağdakı müharibə haqqında beynəlxalq mediaya reportaj hazırlamaq üçün Parisdən bura gəlmişdim. Şəhər erməni silahlı qüvvələrinin mühasirəsində idi və mülki vətəndaşlar raket və artilleriya hücumuna məruz qalırdılar. 1992-ci il mayın 8-də şəhərin işğalından sonra Azərbaycan mədəniyyətinin bütün nişanları - evlər, muzeylər, məktəblər talan olundu və dağıdıldı. Azərbaycan, nəhayət 2020-ci il noyabrın 8-də şəhəri geri qaytardı. Yenidənqurma işləri başladı və Şuşa musiqi və poeziya şəhəri, Azərbaycanın mədəniyyət paytaxtı elan olundu. Şuşada həyat geri qayıdıb və yağış altında rəqs etmək insanlar üçün də sevinc hissləri yaradır", - tanınmış fotoqrafın paylaşımında deyilir.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN